Icma.az
close
up
RU
Ən Nəsiri “Fənərbaxça”nı peşman etdi

Ən Nəsiri “Fənərbaxça”nı peşman etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Fənərbaxça” bu mövsüm hücumda çox “dişsiz” görünür.

"Football-plus.az" xəbər verir ki, yayda böyük ümidlərlə transfer olunan Con Duran avqustun sonlarında bəri zədə üzündən komandaya yardım edə bilməyib. Digər hücumçu Yussef Ən-Nəsiri isə bərbad performansı ilə fanatlara saç-baş yoldurmaqda davam edir.
Ötən mövsüm 52 rəsmi oyunda 30 qol, 7 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar futbolçusu olan mərakeşli forvard bu mövsüm tez-tez “Fənər”lilər tərəfindən fitə basılır. Səbəb isə məhsuldarlığının aşağı olmasıdı. Mövsümün ilk 9 rəsmi oyununa 5 qol, 1 məhsuldar ötürmə sığışdıran Ən-Nəsiri son 5 qarşılaşmada hesabına heç bir məhsuldar hərəkət yaza bilməyib! O, son qolunu sentyabrın 17-də “Alanyaspor”la oyunda vurub və bəzi statistik göstəriciləri dünya səviyyəli bir hücumçu üçün çox zəifdi. Məsələn, 28 yaşlı futbolçu 2025/26-da 8 superliqa matçının yalnız üçündə (4 qol vuraraq) fərqlənə bilib. Bu oyunlarda 5 dəfə yüzfaizlik qol fürsətini boşa verən mərakeşlinin qol şansını dəyərləndirmək faizi hazırda 17-yə bərabərdi. Ən-Nəsiri zəif performansla indidən rəhbərliyi peşman edib. Çünki yayda Əli Koçun dönəmində “Fənərbaxça” bu futbolçu üçün Səudiyyə Ərəbistanından 30-40 milyon avroluq təkliflər almışdı. Amma həmin vaxt Joze Mourinyo onun satışına qarşı çıxmışdı.
Digər tərəfdən iddialara inansaq, Ən-Nəsiri özü də yayda “Fənər”dən ayrılmadığına görə peşmandı. O, son iki qarşılaşmada – “Nitsa” və “Samsunspor”a qarşı oyunlarda meydanı fit sədaları altında tərk etdi. “Nitsa” ilə matçda əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına yollanaraq qələbəni fanatlarla birlikdə qeyd etmədi. Bu gedişlə tərəflərin qışda yollarını ayırması təəccüblü olmayacaq. Ən-Nəsirinin 2,5 milyonluq “instaqram” səhifəsində “Fənər”ə aid son şəkil və videoları silməsi diqqəti çəkib. Bir neçə gün öncə “sarı-lacivərdlilər”in digər üzvü – sol müdafiəçi Arçi Braun da fanatların etirazından təngə gələrək eyni addımı atmışdı. Ən-Nəsiri fevraldan (!) bəri “Fənərbaxça” ilə bağlı heç bir paylaşım etməyib. İddialara inansaq, o, menecerinə klub axtarışlarına başlamağı tapşırıb. “Fənərbaxça” ilə 2029-cu ilə qədər müqaviləsi olan təcrübəli futbolçunun sonrakı oyunlarda necə təsir bağışlayacağı böyük maraq doğurur.
Türkiyənin “Sözcü” nəşrinin yazdığına inansaq, baş məşqçi Domeniko Tedesko da onun performansından təngə gəlib və məşqlərdə nominal hücumçusuz sistemi sınaqdan keçirir. Qarşıdakı oyunlarda “Fənər”də mərkəz hücumçusu mövqeyində Kərəm Aktürkoğlunun və ya Anderson Talişkanın qərarlaşması sürpriz olmayacaq. Kərəm Türkiyə yığmasında bir neçə dəfə bu mövqedə oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri