En Nesiri üçün masa üzərinə 20 milyonluq təklif qoyuldu
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Yusif En-Nesirinin transferi ilə bağlı Avropada proses sürətlənib.
İdman.Biz xəbər verir ki, İngiltərənin “Everton” klubu mərakeşli futbolçu üçün “Fənərbağça”ya 20 milyon avro (40 milyon AZN) məbləğində satınalma hüquqlu icarə təklifi göndərib.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi və Yusif En-Nesiri bu təklifə müsbət yanaşır.
Bundan əlavə, Fransanın “Paris” klubunun da hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək üçün “Fənərbağça”ya müraciət etdiyi, lakin bu təklifin klub tərəfindən rədd edildiyi bildirilir.
Yusif En-Nesiri bu mövsüm “Fənərbağça” forması ilə 25 oyunda meydana çıxıb, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. 28 yaşlı hücumçunun klubla müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Onun hazırkı bazar dəyəri isə 22 milyon avro (44 milyon AZN) göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















