Ən populyar smartfon brendləri açıqlandı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“Apple” 2025-ci ildə Avropa smartfon bazarında lider olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” (CR) şirkətinin hesabatında öz əksini tapıb.
2025-ci ilin dördüncü rübünün məlumatlarına görə, Avropada smartfon bazarı keçən illə müqayisədə 2 faiz artıb.
Bazarın geriləməsinə baxmayaraq, bu artımın əsas səbəbləri kimi “Apple”, “Samsung” və “Honor” şirkətlərinin böyük miqyaslı tədarükləri göstərilib.
“Apple” yenidən bazarın lideri kimi ortaya çıxaraq, rübü 33 faizlik payla başa vurub. 2024-cü ildə isə şirkətin payı cəmi 31 faiz olub.
“Samsung” əvvəlki illə müqayisədə 28 faizlik paya qarşı 29 faiz payla ikinci yeri tutub. “Xiaomi” isə üçüncü yerdə qərarlaşıb. Çin korporasiyasının payı il ərzində 18 faizdən 16 faizə düşüb. Onu müvafiq olaraq 4 və 3 faizlə digər Çin brendləri “Honor” və “Realme” izləyib.
Digər tərəfdən, fevralın əvvəlində “Counterpoint Research” analitikləri “Apple” və “Samsung” şirkətlərinin milyardlıq satış həddini keçdiklərini qeyd ediblər.
Onlar həmçinin qeyd ediblər ki, dünyada satılan hər dörd smartfondan biri “iPhone”dur.
Bu mövzuda digər xəbərlər:2025 ci ilin ən çox satılan smartfon brendləri açıqlandı SİYAHI
14 Yanvar 2026 06:50
Ən populyar smartfon brendlərinin adları açıqlanıb…
15 Fevral 2026 18:16
Dünyanın ən güclü brendləri açıqlandı
16 Dekabr 2024 22:47
Dünyanın ən yaxşı televiziya brendləri açıqlandı
10 Mart 2026 10:31
Dünyanın ən populyar smartfonları açıqlandı
29 Yanvar 2026 18:58
Baxış sayı:94
Bu xəbər 20 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















