Icma.az
close
up
RU
Ən potensiallı azərbaycanlı futbolçu

Ən potensiallı azərbaycanlı futbolçu

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan böyük futbol ölkəsi deyil və beynəlxalq arenada da bu idman növündə ciddi nəticələrimiz çox azdır. Qocaman yerli azarkeşlər Ələkbər Məmmədovun ötən əsrin ortalarında Moskva "Dinamo"sunun heyətində "San Siro"da "Milan"a vurduğu dörd qolu, Anatoli Banişevskinin SSRİ milli komandasında dünya üçüncüsü olmasını xatırlaya bilərlər. Nisbətən sonrakı nəsil İqor Ponomaryovun Olimpiya çempionu olmasına, Nazim Süleymanovun "Alaniya"da Rusiyanın ən güclüsü adını qazanmasına, Vəli Qasımovun "Betis", "Albasete" kimi komandalarda uğurlu çıxışına şahidlik ediblər. Müasir dövrdə isə belə nümunələr yox dərəcəsindədir. Yalnız "Qarabağ"ın avrokuboklarda göstərdiyi nəticələri istisna etmək olar. Düzdür, son illərdə ölkə xaricində forma geyinən azərbaycanlı futbolçuların sayı artan xətt üzrə gedirdi. Ancaq onların bir çoxu artıq geri qayıdıblar. Araz Abdullayev, Kamran Ağayev, Ramil Şeydayev, Musa Qurbanlı kimi adlar son illərdə böyük ümid bəslənməsinə baxmayaraq, xaricdə uğurlu ola bilmədilər və tezliklə geri qayıtdılar.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xarakter göstərən Mahir

Müasir Azərbaycan futbolunda legioner həyatı digər oyunçulardan fərqlənən bir ad var. Söhbət son illərin ən perspektivli oyunçusu hesab edilən Mahir Emrelidən gedir. Düzdür, Anton Krivotsyuk, Cəlal Hüseynov kimi futbolçularımız da ölkə xaricində "duruş gətirməyi" bacarırlar. Lakin Emrelinin çıxış etdiyi liqaların və klubların səviyyəsi onu fərqləndirmək üçün əsas verir. Yeganə belə nümunə olduğu üçün futbolsevərlərin ona diqqəti də, üzərindəki təzyiq də daha çoxdur.

"Bakı" klubunun yetirməsi olan Mahir uzun illər "Qarabağ"da uğurlu performansı ilə diqqət çəkdi və 2021-ci ildə Polşa "Legiya"sına transfer olundu. O, artıq üç ildən artıqdır Avropa klublarında forma geyinir, çətinliklərlə üzləşməsinə baxmayaraq geri qayıtmamaqla xarakter göstərir. Əslində, Emrelinin "Legiya" karyerası çox uğurlu başlamışdı. O, həm çempionatda, həm də avrokuboklarda qollarını sıralayırdı. Lakin azarkeşlərlə yaşadığı bəxtsiz münaqişə irəli xətt oyunçusunun Varşava klubunu tərk etməsi ilə nəticələndi. Uzun hüquqi çəkişmələrdən sonra o, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçdi. Futbolçu burada zaman-zaman şans qazansa, hətta qollar vursa da, gənc və perspektivli yerli oyunçularla rəqabəti uduzaraq, əvvəlcə Türkiyə "Konyaspor"una icarəyə verildi. Geri qayıtdıqdan sonra da onun üçün çox şey dəyişmədi. Yenə daha çox ehtiyatda qalan 27 yaşlı oyunçunun Azərbaycana, keçmiş klubu "Qarabağ"a qayıda biləcəyi gözlənilirdi. Ancaq o, geri addım atmadı, şansını bir daha yoxlamaq üçün bu dəfə daha qərbə üz tutdu.

"Nürnberq"də əla performans

Hələ "Legiya"da çıxış edərkən Mahir Emrelinin növbəti dayanacağının Almaniya olacağı gözlənilirdi. Gec də olsa, o, bu ölkəyə üz tutdu. Hücumçu ötən yay keçdiyi II Bundesliqa klubu "Nürnberq"də əla performans sərgiləyir. O, altı çempionat matçında üç qolla yadda qalıb. Kubokda isə Bundesliqa təmsilçisi "Hoffenhaym"la qarşılaşmada fərqlənməsi ilə diqqət çəkib. Yerli media qol imkanlarından maksimum yararlanmadığına görə bəzən forvardı tənqid edir, lakin onun statistikası heç də pis deyil. Mövsümün əvvəli olduğunu və Mahirin komandaya yeni qoşulduğunu nəzərə alsaq, yaxın gələcəkdə performansını daha da yüksəldəcəyini gözləmək olar. Əlbəttə, bu tempdə davam edərsə.

İndiki məqamda forvard Nürnberq təmsilçisinin əsas heyət üzvüdür. II Bundesliqada ilk oyunları zədə səbəbindən buraxan Mahir altıncı turdan etibarən bir qayda olaraq start heyətdə yer alır. Ən əsası, komandanın baş məşqçisi Miroslav Kloze ona etibar edir. Ötənlərin məşhur hücumçusu son açıqlamalarının birində Mahirin topla və topsuz necə hərəkətli olduğundan və bunun komandaya müsbət təsirindən bəhs edib. Emrelinin əsas üstünlüyü hücum xəttinin bütün zonalarında oynamaq bacarığıdır. Kloze isə üç hücumçulu sistemdən istifadə edir ki, bu da futbolçumuzun həm oynamaq, həm də özünü göstərmək şanslarını artırır. II Bundesliqa kifayət qədər nüfuzlu yarışdır. "Nürnberq" kimi köklü klubda oynamaq, Kloze kimi adın rəğbətini qazanmaq asan deyil. Mahirin Bundesliqaya yolu da mümkünsüz görünmür. "Nürnberq" hazırda ilk "üçlük"dən cəmi üç xal geri qalır.

Mahirdən milli gözləntilər

Emreli həm karyera yoluna, həm oyunçu keyfiyyətlərinə görə hazırkı yığma komandada, bəlkə də, gözləntinin ən çox olduğu futbolçudur. Bu da əslində təbiidir. Son illərdə heç bir oyunçumuz onun qədər tanınmış klublarda çıxış etməyib. Mahirin artıq 27 yaşı var və o, indi millinin əsas lideri olmalı, komandanı arxasınca aparmalı idi. Bəzi qarşılaşmalarda, həqiqətən, yığmaya faydası dəysə də, hələlik özünü lider kimi təsdiqlədiyini söyləmək mümkün deyil. Əksinə, yığma karyerası gözləntilərin çox altındadır. Uğurlu legioner həyatı, xüsusən son zamanlar "Nürnberq"dəki performansı ilə Mahir azarkeşlərin rəğbətini qazanıb. İndi o, stabilliyi qorumalı, son illərin ən potensiallı azərbaycanlı futbolçusu kimi bacarığını tam ortaya qoymalı, ölkəmizi xaricdə layiqli şəkildə təmsil etdiyi kimi milli komandada da bir lider kimi çəkisini ortaya qoymalıdır. Beləliklə, Mahir Emreli gənc nəsil üçün də yaxşı nümunə ola, futbolumuzda yeni cığır aça bilər. Buna çox ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri