Icma.az
close
up
RU
Ən qabaqcıl açıq sayt süni intellekt dili modeli Cogito v1 təqdim edilib

Ən qabaqcıl açıq sayt süni intellekt dili modeli Cogito v1 təqdim edilib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

San Francisco mərkəzli "Deep Cogito" adlı şirkət, "Cogito v1" adı altında yeni dil modellərini təqdim edib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, açıqsaytlı bu modellərin öz kateqoriyalarında ən güclü olduqları deyilir.

Hər keçən gün yeni bir süni intellekt modeli ilə qarşılaşırıq. ABŞ-dan olan "Deep Cogito" şirkətinin təqdim etdiyi "Cogito v1" modelləri də bunlardan biridir. Modellər, tamamilə açıqsaytlı böyük dil modelləri (LLM) olaraq qarşımıza çıxır.

Şirkətin süni intellektin sərhədlərini zorlayıb "super zəka" yaratma məqsədlərinin bir hissəsi olaraq təqdim etdiyi "Cogito v1" modelləri çox inkişaf etmiş xüsusiyyətlərə sahibdir. 3 milyard, 8 milyard, 14 milyard, 32 milyard və 70 milyard parametrlər olmaqla ümumilikdə 5 ölçüdən ibarətdir. Həmçinin, hibrid məntiq qabiliyyətlərinə də malikdirlər. Bu da onların sürətlə cavab verərkən, eyni zamanda "OpenAI" və ya "DeepSeek" modelləri kimi özlərini qiymətləndirə bilmələrini təmin edir.

"Deep Cogito"nun açıqlamalarına görə, hal-hazırda bu ölçülərdə təqdim olunan ən inkişaf etmiş açıqsaytlı modellərlə üz-üzəyik. Bu da o deməkdir ki, o, "DeepSeek" və "Meta"nın "Llama" modellərindən daha yaxşıdırlar. "Cogito v1" modellərinə "Hugging Face" və ya "Ollama"dan yüklənə bilər. Həmçinin, API olaraq "Fireworks" və "Together AI" üzərindən də qoşulmaq imkanı verir.

Şirkət tərəfindən müqayisə məlumatları da paylaşılmışdır. Məsələn, "Cogito 3B" modeli ümumi dil anlama testlərində "Llama"dan 6,7% daha yaxşı performans göstərir. Məntiq modunda isə təxminən 72% nəticə əldə edərək uğurlu olduğunu göstərib. "Cogito 8B" modeli isə standart testdə 80% nəticə ilə "Meta"nın "Llama" modelini 12,5 xal geridə qoyub, məntiq yürütmədə isə 92% ilə "DeepSeek R1"dən demək olar ki, hər bir kateqoriyada daha yaxşı olduğunu sübuta yetirib. Tək geridə qaldığı test isə riyaziyyat olub.

Ümumilikdə "Cogito" modellərinin məntiq yürütmə sahəsində önə çıxdığını söyləyə bilərik. Lakin, riyaziyyat kimi sahələrdə geridə qaldıqlarını da əlavə etmək lazımdır. Ümumilikdə o, açıqsaytlı modellər arasında ən yüksək sıralarda yer alacaq. Xüsusilə, mürəkkəb sualları və problemləri ağıl yürüdərək cavablandırıb həll etmə kimi qabiliyyətləri onları çox faydalı edəcəkdir.

Şirkət, gələcəkdə daha böyük modellər də təqdim etməyi planlaşdırır. Bunlar arasında 109 milyard, 409 milyard və 671 milyard parametrlik modellər var. "Deep Cogito"nun süni intellekt sahəsində nə qədər önə çıxan bir şirkət olacağını zamanla görəcəyik. Lakin artıq bir çoxsaylı insanların marağına səbsəb olduğunu da söyləmək mümkündür.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri