Icma.az
close
up
RU
Ən şanssız adam seçildi: 7 dəfə ürəyi dayandı, güllələndi, tok vurdu , dərəyə uçdu... VİDEO

Ən şanssız adam seçildi: 7 dəfə ürəyi dayandı, güllələndi, tok vurdu , dərəyə uçdu... VİDEO

Icma.az, Olke.az saytına istinadən bildirir.

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda yaşayan 47 yaşlı Mehmet Övet Türkiyənin ən şanssız adamı seçilib.

Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, Övet 7 dəfə infarkt keçirib, 3 dəfə başı üstə çaxılıb, 2 dəfə elektrik cərəyanı vurub, 15 güllə yarası alıb, motosikletində dərəyə uçub, avtoqəza nəticəsində 142 gün reanimasiyada qalıb.

İki qız atası olan Övet deyir ki, ilk dəfə 7 yaşında olanda ölümlə üz-üzə gəlib:

“Biz əvvəllər Rodosdan gələn gəmilərin altında suya girirdik. 9 metr dərinlikdə qayığın üzgəclərinə yapışmış midiya qabıqları bədənimin müxtəlif yerlərini kəsib və ürəyim dayanıb. Yerli sakinlər məni xilas etdilər və oradakı həkim ürəyimi yenidən işə saldı. Bu şokla dərhal oradan qaçdım”.

Yenə eyni yaşlarda Övet ailəsi ilə yaşadığı evin 7 metr hündürlüyündəki terrasında oynayarkən tarazlığını itirərək başı üstə yıxılıb. O, dörd gün sonra xəstəxananın reanimasiya şöbəsində gözlərini açdığını bildirib.

İbtidai məktəbdən sonra təhsilini yarımçıq qoyub elektrik şirkətində işləməyə başladığını deyən Mehmet Övet 1991-ci ildə lifti təmir etməyə çalışarkən onu elektrik cərəyanı vurub. Tez bir zamanda torpağa basdırılsa da, o, həyati funksiyalarını itirib. Buna baxamayaraq həkimlər Övetin ürəyini yenidən işə salmağı bacarıb.

"Onlar mənim öldüyümü düşünürdülər, amma mən hərəkət etməyə başlayanda hamısı qorxdu və qaçdı", - deyə o gülərək söyləyib.

Sağaldıqdan sonra Övet elektronika sənayesi üzrə təlim keçib. Daha sonra o, bir binada peyk antenasını quraşdırmağa çalışarkən tarazlığını itirib və 9 metr hündürlükdən beton döşəməyə üzü üstə yıxılıb. Müalicədən sonra Övet işə qayıdıb. On bir ay sonra Kordon küçəsindəki başqa binada peyk antenası quraşdırarkən çürümüş məhəccər çöküb və üçmərtəbəli binadan başı aşağı əvvəlcə alt mərtəbədəki iş yerinin tentinə, sonra isə səkiyə çırpılıb.

Sınıqlarının sağalmasından sonra Övet yenidən işinə qayıdıb. İki il sonra elektron cihazı yoxlayarkən şanssız adamı yenidən elektrik cərəyanı vurub. O, işçilərinin köməyi ilə xilas edilib.

Çoxsaylı yol-nəqliyyat və iş yerində baş verən qəzalardan sonra Mehmet Övet 2008-ci ildə nahar sifariş etdiyi restoranda aşpaz tərəfindən ov tüfəngi ilə vurulub. 15 güllə dəyən Övetin həyati funksiyaları bərpa olunub və 60 gün özəl xəstəxanada reanimasiyada yatıb. Əməliyyatlar zamanı bədənindən 10 güllə çıxarılıb, lakin o, ömrünün sonuna qədər qasığında qalan beş güllə ilə yaşamalı olacağını bildirib.

Mehmet Övet 2014-cü ildə işdən evə qayıdarkən saatda 110 km sürətlə hərəkət edən lüks mikroavtobus onun motosikletini vurub və o, nəqliyyat vasitəsinin altında qalıb. Ağciyər zədəsi alan, bədəninin müxtəlif yerlərində sınıqlar, beyin ödemi keçirən, bağırsaqları əməliyyatla çıxarılan və həyati funksiyalarını itirən bədbəxt adamı həkimlər növbəti dəfə həyata qaytarmağa nail olub. Reanimasiya şöbəsində 78 gün qaldıqdan sonra 7-ci dəfə gözlərini açan Övetə "79% əlillik" sənədi verilib və təqaüdə çıxıb.

Həm işini, həm də sağlamlığını itiren kişi  mağazasını bağlayaraq sahildə qarğıdalı satmağa başlayıb. O növbəti dəfə motosikleti ilə qəza keçirdiyini, daha sonra isə onu motosiklet vurduğunu və qoluna 8 tikiş atıldığını bildirib.

M.Övet deyir ki, yaxınları onunla “bu neçənci qəzdır, hələ ölməmisən?!” deyərək zarafat edirlər. Başına gələnlərə baxmayaraq o bəxtsizliyini “şans” kimi qiymətləndirir.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri