Ən varlı azərbaycanlı lotu ların SİYAHISI Lotu Quli milyarderdir
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Daxili İşlər Nazirliyi ən aktiv "qanuni oğru"ların siyahısını açıqlayıb.BAKU.WS milli.az-a istinadən bildirir ki, siyahıda 432 nəfərin adı var.Onların 318 nəfəri azadlıqdadır. 114 "qanuni oğru" həbsdə, 31 nəfər - istintaqda, 19 nəfər axtarışdadır."Qanuni oğru"ların sayına görə Rusiyada "lider" mövqeni gürcülər tuturlar. Belə ki, 242 gürcü "qanuni oğru" var. İkinxi yerdə 41 "oğru" ilə ruslar, 3-cü yerdə 30 nəfərlə ermənilər, 4-cü yerdə 26 nəfərlə yezidi kürdlər, 5-ci yerdə 16 "oğru" ilə azərbaycanlılardır.Rusiyadakı məşhur "qanuni oğru"lar arasında 10 abxaz, 8 çeçen, 7 yəhudi var.Rusiya ilə yanaşı, Ukraynanın DİN-i ən nüfuzlu və təhlükəli "qanuni oğru" qismində "Quli" ləqəbli Nadir Səlifovu görürlər.Məşhur azərbaycanlı "lotular" arasında lider "Lotu Quli" ləqəbli Nadir Səlifovdur.Siyahıda onun qardaşı, "Namiq Bakinski" ləqəbli Namiq Səlifov da var.Hacıbaba Talıbxanlı ("Hacı Beylaqanski"), Yunis Nəzərov ("Yunis Bakinski"), Arif Mehdiyev ("Arif Sumqayitski"), Vaqif Süleymanov ("Vaqif Diplomat"), İlqar Əliyev, Cavid Məmmədov ("Dato Aqdjabedinski"), Taleh Dağlıyev ("Tolik Noqinski"), Emin Əhmədov ("Emin Qadjibaqulski"), Rüfət Əmirov ("Rafet Alibayramlinski"), Rəşad İsmayılov ("Raşad Qyandjinski"), Əli Heydərov ("Albert Rıjiy"), Yusif Əliyev ("Yusif Şamxorski"), Zaur Şipilov ("Zaur Naxçıvanski") və Ülfət Tağıyevin ("Rufat Qyandjinski") də adları yer alıb.Onlardan İlqar Əliyev, Tale Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiyada həbsdədir. Yunis Nəzərov Özbəkistanda yaşayır. "Lotu Quli" və Rüfət Əmirov Rusiyanın müraciəti ilə İnterpol axtarışında olsalar da, Türkiyədə yaşayırlar. Cavid Məmmədhov uzun müddətdən bəri Ukraynada yaşayır.Azərbaycanlı "lotu"ların əksəriyyətinin Rusiya vətəndaşlığı var.Onların arasında ən zənginlər Nadir Səlifov, Yusif Əliyev, Vaqif Süleymanov, Əli Heylərov və Rəşad İsmayılovdur. Bu "qanuni oğrular" dollar milyarderləridir.Arif Mehdiyev və Yunis Nəzərovun isə mal-mülkü və varidatı yoxdur."Lotu Quli"nin gəlir mənbəyi Rusiyadakı ticarət obyektlərindən alınan xərac və zəngin iş adamlarını girov götürərək pul müqabilində azad etməkdir.Məsələn, o, Ukraynada qaçırılmış hər iş adamına görə orta hesabla 5 milyon dollar məbləğində pul alır. Özü də dollarla yox, bitkoynla.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:“Lotu Quli” Yekaterinburqa “ordu” yeritdi
02 Fevral 2026 04:21
“Lotu Quli”nin qızının FOTOları
03 Yanvar 2026 07:03
Lotu Quli nin müavini həbs edildi
04 Aprel 2025 12:57
Lotu Quli nin azadlıqdan ilk FOTOSU
18 Avqust 2025 06:00
Lotu Quli belə öldürülüb VİDEO YAYILDI
26 Avqust 2025 15:57
Baxış sayı:192
Bu xəbər 13 May 2026 05:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















