Ən varlı rusların sərvəti 24 milyard dollar artdı “Bloomberg”
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 23,818 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanov son bir ildə 6,04 milyard dollar qazanaraq, sərvətini 19,3 milyard dollara çatdırıb.
“Ural Mədən və Metallurgiya Şirkəti”nin təsisçisi İsgəndər Mahmudovun sərvəti isə 4,75 milyard dollar artaraq, 7,88 milyard dollar olub.
“Telegram”ın həmtəsisçisi Pavel Durov 2025-ci ildə 3,38 milyard dollar qazanaraq, sərvətini 14,4 milyard dollara çatdırıb.
“Wildberries”in təsisçisi və RVB-nin rəhbəri (“Wildberries” və “Russ” şirkətlərinin birləşməsidir) Tatyana Kimin sərvəti isə 515 milyon dollar artaraq, 7,89 milyard dollar olub.
Ən böyük itkini iş adamı Mixail Fridman yaşayıb: onun sərvəti 4,7 milyard dollar azalaraq, 10,1 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.
Bu mövzuda digər xəbərlər:Ən varlı rusların sərvəti 15 milyard dollar artdı “Bloomberg”
01 May 2025 15:24
Ən varlı rusların sərvəti 7,9 milyard dollar artdı “Bloomberg”
02 Dekabr 2024 14:16
Ən varlı rusların sərvəti 7,7 milyard dollar artdı “Bloomberg”
03 Mart 2025 16:56
Bloomberg : Rusiyanın ən varlı iş adamlarının sərvəti 11,572 milyard dollar artıb
01 Aprel 2025 14:56
İlon Maskın sərvəti 26,5 milyard dollar artdı “Bloomberg”
07 Noyabr 2024 11:48
Baxış sayı:64
Bu xəbər 02 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















