Icma.az
close
up
RU
Ən yaxşı 10 Yeni il kitabı Siyahı

Ən yaxşı 10 Yeni il kitabı Siyahı

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az ən yaxşı 10 Yeni İl kitabını təqdim edir.

1. Çarlz Dikkenz - "Milad nəğməsi"

"Milad nəğməsi" ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyatı tərəfindən çap edilib. Əsərdə yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir.

Milad mövsümü, ənənəvi olaraq ailəvi birləşmələr, sevgi, ruhani dəyərlər və hədiyyə vermə ilə bağlı mövzuları əks etdirən hekayələrlə zəngindir. Əgər Milad ruhunu daha dərindən yaşamaq istəyirsinizsə, aşağıda təqdim etdiyim ən yaxşı 10 Milad romanını oxumaq sizi bu mövsümə xüsusi bir toxunuş əlavə edə bilər:

2. Kris Van Allsburq - "Qütb ekspresi"

Bu uşaq kitabı həm də Miladın sehrini yaşadan böyüklər üçün maraqlıdır.

"Qütb ekspresi" Milad gecəsi Uzaq Şimaldakı Milad Baba qütbünə səyahət edən bir uşağın hekayəsidir. İnancın və möcüzələrin gücünü göstərən əhvalat...

3. Luiza Mey Elkot - "Balaca qadınlar"

Roman Co, Meq, Bet və Emi adlı dörd bacının hekayəsidir. Onlar Miladı qarşılayırlar.

Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir. Bet utancaqlığına görə həmişə evdə qalıb ev işləri ilə məşğul olur. Emi isə məktəbə gedir. Qızlar evdə tamaşa düzəldir, kimsəsiz qonşularına kömək edirlər.

Avtobioqrafik səciyyə daşıyan roman Elkot və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Elkotun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar.

4. Yusteyn Qarder - "Milad sirri"

Kitab Milad mövsümündə fantastik səyahətə çıxan bir uşağın hekayəsidir. Nənəsi ona bir hədiyyə verir. Bu, adı hədiyyə deyil - sehirli Milad təqvimidir. Bu təqvimdə açılan hər pəncərədən bir nağıl danışılır.

"Sofinin dünyası" əsəri ilə məşhurlaşan yazıçı bu əsərində də oxucuları fəlsəfəi və mistik səhahətə çıxarır.

5. Barbara Robinson - "Ən yaxşı Milad yarışması"

Bu, Herdman ailəsinin hekayəsidir.

Bu ailənin uşaqları şəhərin ən yaramaz uşaqlarıdır. Ancaq bu dəfə hər şey tamamilə başqa olur. Herdman ailəsinin şouda iştirak etməsi şounun məzmunu dəyişdirir.

Bu dəyişiklik bütün şəhərin əhvalını dəyişdirir.

6. Reymond Briqqs - "Qar adamı"

Bir uşaq Milad səhəri bir qar adamı hazırlayır. Gecə qar adamı canlanır.

Qar adamı ilə hər yerə uçan uşaq müxtəlif macəralarla qarşılaşır.

7. Dr. Syuz - "Qrinç Milad bayramını necə oğurladı?"

Kitab Miladın və sevgisinin gücünü əyləncəli dillə təsvir edir və insanı düşündürür.

Hekayənin baş qəhrəmanı Grinç adlı yaşlı və qəlbi daşlaşmış bir varlıqdır. Grinç Huvil şəhərində yaşayan və Miladı böyük coşqu ilə qeyd edən insanlara nifrət edir. O, Milad sevincini heç vaxt başa düşməyib və bu bayramın bəşəriyyət üçün mənasız olduğunu düşünür.

8. Riçard Siddovey - "Milad arzusu"

Bu romantik Milad hekayəsi fərqli dünyalardan gələn iki insanın sevgini tapması haqqındadır.

Keyt keçmişdə yaşadığı itkiyə görə daim kədərlidir. Bir gün onun Milad arzusu reallaşır və...

9. Klement Klark Mur - "Miladdan əvvəlki gecə"

Bu şeir dünyanın möhtəşəm Milad şeiridir.

Şeirdə bir gecə Miladın ərəfəsində bir ailənin evində baş verənlər təsvir olunur. Ailə yuxudadır. Santa Klaus onlardan xəbərsiz evlərinə girib onlar üçün hədiyyələr qoyur.

Şeir dünya ədəbiyyatında Santa Kalusun masir formada təsvir olunduğu ilkin nümunələrindəndir.

10. Con Qrişam - "Milladan keçmək"

Miladsız bir il təsəvvür edin. İşıqlı mağazalar, meyvəli tortlar və gözəl hədiyyələr yoxdur. Nora və Lüter Krank cütlüyü Miladı qeyd etməməyə qərar verir.

Ancaq bu o qədər də asan deyil.

Xalq yazıçısı Anar Zərdabinin heykəlinin köçürülməsini təklif edib "Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar? Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... - İncəsənət Universiteti səbəbi açıqladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri