Icma.az
close
up
RU
Ən yaxşı qorxu filmləri

Ən yaxşı qorxu filmləri

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Qorxu filmləri kinoda ən populyar janrlardan biridir. Hər il bu filmlər daha maraqlı, təsirli olur və tamaşaçılarda təkcə qorxu deyil, həm də başqa emosiyalar oyadır.

Lent.az hər kəsin izləməli olduğu ən yaxşı qorxu filmlərinin siyahısını hazırlayıb. Bu janrın həqiqi pərəstişkarları bu qorxulu atmosferi və aktyorların oyununu yüksək qiymətləndirəcəklər.

"Reinkarnasiya" (2018)

Nənələrinin ölümündən sonra Qreyhem ailəsi yaşadıqları acını tez bir zamanda geridə qoyub adi həyatlarına qayıtmaq istəyir. Əvvəlcə bu, sadəcə matəm kimi görünür, lakin zaman keçdikcə evlərində qorxunc hadisələr baş verir.

Baş qəhrəman Enni Qreyhem (Toni Kolletin ifasında) ailəsinin keçmişinin sirrini açır və onların fövqəltəbii güclərlə sıx bağlı olduğunu anlayır. Ailə elə hadisələrlə qarşılaşır ki, nəticələri fəlakətli olur. Filmdə gərginlik tədricən artır və final gözlənilməz sonluğu ilə tamaşaçını təəccübləndirir.

"Qaç" (2017)

Bu psixoloji trillerin süjetinə görə, fotoqraf Kris qız yoldaşı ilə birlikdə onun valideynləri ilə tanış olmağa gedir. Əvvəlcə hər şey mükəmməl görünür: mehriban qohumlar, rahat ev və qonaqpərvər atmosfer.

Lakin zaman keçdikcə Kris qəribə şeylər sezərək xidmətçilərin qeyri-adi davranışlarını müşahidə edir. Evdə təşkil olunan gecədən sonra onun şübhələri təsdiqlənir. Cordan Pil bu filmi elə qurub ki, tamaşaçı son ana qədər gərginliyi hiss edir. "Qaç" filmi "Ən yaxşı ssenari" nominasiyasında Oskar mükafatı qazanıb.

"Məni içəri burax" (2008)

Baş qəhrəman 12 yaşlı Oskar tez-tez həmyaşıdlarının zorakılığına məruz qalır. Bir gün o, qəribə bir qız Eli ilə tanış olur. O, soyuqdan qorxmur, gün işığından qaçır və adi insanlar kimi davranmır.

Onların dostluğu sürətlə möhkəmlənir, lakin oğlan yeni tanışının insan olmadığına şübhələnməyə başlayır. Sən demə, Eli bir vampirdir. Bu mistik dram janrında ən orijinal filmlərdən biri sayılır və bir çox mükafatlar qazanıb.

Xatırladaq ki, Lent.az elmi-fantastik janrda çəkilmiş ən yaxşı 10 filmi də təqdim edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:405
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri