Ən yaxşı təklifi Kiyevə göndərdik, məsləhət görürük
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Ukraynaya hərtərəfli sülh nizamlanması üçün ən yaxşı təklifini göndərib və Kiyevi şansı əldən verməməyə çağırır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə Qərb dövlətlərinin tələbi ilə çağırılan iclasında deyib.
"İstanbulda birbaşa Rusiya-Ukrayna təmasları zamanı biz sülh yolu ilə nizamlanmaya dair memorandum layihəsimizi təhvil verdik. O, iki hissədən ibarətdir və hərtərəfli uzunmüddətli sülhün bağlanması şərtlərini, həmçinin atəşkəs şərtlərini özündə əks etdirir", - diplomat bildirib.
Nebenzya sənədin Rusiya prezidentinin 2024-cü ilin iyununda bəyan etdiyi prinsiplərə əsaslandığını vurğulayıb:
"Bu, Ukraynanın bu gün ala biləcəyi ən yaxşı təklifdir. Biz sizə bunu qəbul etməyi məsləhət görürük".
Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçirilib. Burada Rusiya nümayəndələri Ukraynaya sülh üçün iki mərhələləli memorandum təqdim ediblər.
Baxış sayı:43
Bu xəbər 21 İyun 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















