Icma.az
close
up
RU
Ən yüksək bal toplayanlar arasında niyə oğlan yoxdur?

Ən yüksək bal toplayanlar arasında niyə oğlan yoxdur?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bu ilki qəbul imtahanlarında III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu Düz Qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci mərhələsində isə 397 bal toplayıb.

Maraqlıdır ki, hər il yüksək nəticə göstərənlər siyahısında qızlarla yanaşı, oğlanların da adlarına rast gəlinirdi. Amma III qrup üzrə bu ilki yüksək nəticə əldə edənlər arasında bir nəfər də olsa, oğlan yoxdur.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı Bakupost.az-a bildirib ki, yüksək bal toplayanlar arasında oğlanların yer almaması məhz həmin kateqoriyadan olan insanların təhsilə marağının daha çox azalmasından qaynaqlanır:

“Bu bir tərəfdən, Azərbaycan orta təhsil sahəsində mövcud olan problemlərlə bağlıdır. Ölkədə unuversiteti bitirənlərin işsiz qalması belə bir vəziyyətin yaranmasına rəvac verir. Oğlanlar universiteti bitirib işsiz qalmaq təhlükəsi fonunda təhsilə elə də ciddi diqqət yetirmir. Məktəbi bitirən kimi, sənət, pul qazanmaq arxasınca düşürlər. Yəni qızlara nisbətən oğlanlar təhsildən daha çox yayınırlar. Tələbələr arasında əsasən də oğlanlar ali təhsil ala-ala restoranda ofisiant, marketlərdə kassir işləyir. Belədə onların daha yaxşı təhsil almaq imkanları da məhdudlaşır. Qızlar isə əsasən yalnız təhsillə məşğuldur. Bu məsələdə, ailədə qızlara qayğının oğlanlarla müqayisədə daha çox olması da burada öz sözünü deyir”.

Rüfət Sultan, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri