Ən zəngin iş adamı 3 ayda sərvətinin yarısını itirdi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
İyun ayında 5,3 milyard dollarlıq sərvəti ilə Murat Ülkeri geridə qoyaraq Türkiyənin ən varlı iş adamı olan “Astor Enerji” İdarə Heyətinin sədri Feridun Geçgel ciddi maliyyə itkisi ilə üzləşib.
“Yeni Sabah” Türkiyə mətbiatına istinadla xəbər verir ki, şirkətin birjada yaşadığı kəskin dəyər itkisi nəticəsində iş adamı sərvətinin demək olar ki, yarısını itirib. Borsa İstanbulda səhmlərin kəskin düşməsi ilə Geçgelin ümumi varlıqlarının dəyəri 3,2 milyard dollara qədər geriləyib.
“Pusula Portföy” İdarə Heyətinin sədri Məhəmməd Yarızın saxlanılması ilə başlayan proses Borsa İstanbulda siyahıya alınan şirkətlərin sürətli enişi ilə daha da dərinləşib. Türkiyənin ən böyük enerji nəhənglərindən olan “Astor Enerji”nin səhmləri də açılış sessiyasından sonra 8 faizə yaxın ucuzlaşaraq əməliyyatların dayandırılmasına (devre kesme) səbəb olub. Dominos pizza
“Forbes” jurnalının yenilənmiş reytinqinə əsasən, 56 yaşlı şanlıurfalı iş adamının son 3 ayda itirdiyi məbləğ 2,1 milyard dolları keçib.
Qeyd edək ki, eyni zamanda “Fənərbaxça” İdman Klubunun rəhbərliyində təmsil olunan Feridun Geçgelin fond birjasında fəaliyyət göstərən fərqli şirkətlərdə də böyük həcmdə səhmlərinin olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Sentyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















