Icma.az
close
up
RU
“Enactus” Dünya Kubokunda Azərbaycan komandası uğurla təmsil olunub

“Enactus” Dünya Kubokunda Azərbaycan komandası uğurla təmsil olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların və sosial sahibkarların formalaşmasına yönələn “Enactus” Dünya Kuboku 2025 Tailandın Banqkok şəhərində keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən beynəlxalq çempionatda Azərbaycanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qarabağ Universitetinin “Enactus” komandası təmsil edib.

Komanda 7-ci liqada Qazaxıstan və Puerto Riko ilə “ən yaxşı 16" komanda uğrunda mübarizə apararaq, "BioCrown" layihəsini beynəlxalq münsiflər qarşısında təqdim edib və onların suallarını uğurla cavablandırıb.

Layihənin əsas məqsədi kimyəvi gübrələrin torpağa, insan sağlamlığına və ətraf mühitə vurduğu zərərin qarşısını almaq, yerli üzvi tullantılardan istifadə etməklə 100 faiz ekoloji təmiz və təbii gübrə istehsalını təşviq etməkdir. Layihə həm torpaq münbitliyini bərpa etməyə, həm də fermerləri davamlı və sağlam kənd təsərrüfatına keçidə təşviq etməyə yönəlib. Eyni zamanda, tullantıların dəyərə çevrilməsi, sosial rifahın artırılması, dayanıqlı ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi layihənin əsas istiqamətlərindəndir.

Həmçinin “Enactus” Dünya Kuboku çərçivəsində təşkil olunan Mədəniyyət Günlərində komandamız milli musiqi və rəqs nümunələri ilə çıxış edərək, Azərbaycan mədəniyyətini və onun zənginliyini beynəlxalq arenada fəxrlə təmsil ediblər.

Qeyd edək ki, Azərbaycan 35 ölkədən 2 mindən çox tələbənin iştirak etdiyi “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri