Endrikin “Lion”da hansı nömrə altında oynayacağı açıqlanıb
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real Madrid”in “Lion”a icarəyə verilən braziliyalı hücumçusu Endrik Fransa klubunda 9 nömrəli formanı geyinəcək.
İdman.Biz xəbər verir ki, bu barədə “Lion”un sosial media hesablarında məlumat verilib.
KİV əvvəllər 19 yaşlı hücumçunun icarə müqaviləsində “Lion”un transfer hüququ olmadığını bildirmişdilər. “Şirlər” onun maaşının bir hissəsini ödəməyə razılaşıblar. Memfis Depay, Lisandro Lopes, Mussa Dembele və başqaları müxtəlif vaxtlarda “Lion”da 9 nömrəli formanı geyiniblər.
Bu mövsüm braziliyalı bütün yarışlarda üç oyun keçirib və 99 dəqiqə meydanda olub. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Dekabr 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















