Icma.az
close
up
RU
Ənənəvi kondisionerlərin sonu çatdı Alimlərdən yeni kəşf

Ənənəvi kondisionerlərin sonu çatdı Alimlərdən yeni kəşf

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Alimlər laboratoriya sınaqları zamanı ammonium nitrat və su qarışığının temperaturunu cəmi 20 dəqiqə ərzində 25 dərəcədən 3,6 dərəcə selsiyə qədər elektrik enerjisi olmadan endirməyə nail olublar. Bu nəticə yeni soyutma texnologiyasının əsasını təşkil edir.
Demokrat.az
xəbər verir ki, bu barədə “Indian Defence Review” yazır.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanındakı Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri elektrikdən istifadə etmədən havanı soyutmağa imkan verən yeni texnologiya hazırlayıblar. Sistem NESCOD (“Elektriksiz və tələb əsasında soyutma”) adlandırılıb.
Soyutma mexanizmi endotermik həllolma adlanan kimyəvi prosesə əsaslanır. Bəzi duzlar suda həll olunduqda istilik buraxmaq əvəzinə ətraf mühitdən enerji udur. Nəticədə temperatur sürətlə və nəzərəçarpacaq dərəcədə aşağı düşür.
Alimlər ən yaxşı nəticəni müəyyən etmək üçün bir sıra duzları sınaqdan keçiriblər. Ən yüksək göstərici ammonium nitratda qeydə alınıb.
Tədqiqatçılar bildiriblər ki, ammonium nitrat 100 qram suda 208 qramadək həll ola bilir, halbuki digər duzlarda bu göstərici adətən 100 qramdan aşağıdır.
Alimlərin sözlərinə görə, həllolma nə qədər yüksəkdirsə, bir o qədər çox duz həll olur və proses zamanı daha çox istilik udulur. Bu maddənin əlavə üstünlükləri də var: ucuzdur, geniş yayılıb və artıq iri miqyasda istehsal olunur.
Texnologiyanın potensialını nümayiş etdirmək üçün alimlər duzu suya metal qabın içində həll ediblər və onu strafor izolyasiyalı qutuya yerləşdiriblər. Nəticədə qabın temperaturu təxminən 3,6 dərəcə selsiyə düşüb və 15 saatdan çox müddət ərzində 15 dərəcədən aşağı səviyyədə qalıb.
Alimlər həmçinin texnologiyanın təkrar istifadə olunması üçün həll yolunu da hazırlayıblar. NESCOD sistemi hər istifadədən sonra duzu bərpa edən və xarici enerji mənbəyinə ehtiyac duymayan regenerasiya dövrü nəzərdə tutur.
Duz məhlulu otaq temperaturuna qayıtdıqdan sonra alimlər günəş enerjisindən istifadə edərək xüsusi 3D regenerasiya qurğusu vasitəsilə prosesi bərpa edirlər. Qurğu günəş spektrinin maksimum hissəsini udmaq üçün hazırlanmış materialdan istehsal olunub.
Su buxarlandıqca qabın xarici səthində ammonium nitrat kristalları əmələ gəlir. Alimlərin bildirdiyinə görə, bu kristallar cazibə qüvvəsinin təsiri ilə öz-özünə qoparaq düşür və bu da yığım prosesini demək olar ki, avtomatik edir.
Alimlər həmçinin bildirirlər ki, buxarlanan su da itirilmir. Günəş distillasiyası zamanı buxar toplanaraq kondensasiya edilə və yenidən istifadə oluna bilər ki, bu da isti və quraq iqlimlər üçün xüsusilə əhəmiyyətlidir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 May 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri