Icma.az
close
up
RU
Ənənəvi peşə, rəqəmsal uğur: ayaqqabı tikməkdən milyonluq baxışa

Ənənəvi peşə, rəqəmsal uğur: ayaqqabı tikməkdən milyonluq baxışa

Icma.az bildirir, Sia Az portalına istinadən.

Ayaqqabı yalnız geyim deyil, bir sənət nümunəsidir — Şahin Əliyev üçün isə həyat tərzidir. SİA xəbər verir ki, o, illərlə bu sənətə sadiq qalıb, tikdiyi ayaqqabılar bu gün bir çox mağazalarda satılır və onlayn sifarişlə də müştərilərə çatdırılır. Özü kamera qarşısında görünməyə üstünlük verməsə də, TikTok-da paylaşdığı əl işləri minlərlə izləyicinin diqqətini çəkib və saysız-hesabsız rəylər qazanıb.

TikTok onun üçün sadəcə bir reklam aləti deyil – bu platforma ona sənətini bölüşmək, müştərilərlə daha yaxın ünsiyyət qurmaq və kiçik sexini tanınan bir brendə çevirmək imkanı yaradıb. Məqaləmizdə Şahin Əliyevin ustalığının hekayəsindən, ilk addımlarından və bu rəqəmsal yolun ona nələri qazandırdığından səmimi şəkildə bəhs etmişik.

Uşaqlıq xəyalından peşəkar ustalığa doğru …

Ayaqqabı tikmək sadəcə peşə deyil — bu, əllə sənət yaratmaq, detala səbrlə yanaşmaq və ən əsası, hər addımda ürəyini işinə qatmaq deməkdir. Şahin Əliyevin bu sənətə sevgisi isə illər əvvələ, uşaqlıq illərinə gedib çıxır.
"Atamın ayaqqabılarını düzəldən bir ustaya baxardım. Onun dəzgahının səsi, dərinin qoxusu və işinə olan diqqəti məni valeh edirdi", – deyə xatırlayır Şahin. Həmin günlərdən bu sənətə bağlanan Şahin artıq 10 ildir ki, kiçik emalatxanasında öz ayaqqabılarını dizayn edir, tikir və minlərlə insanın addımlarına dəyər qatır.

İlk dəfə bir cüt sadə kişi ayaqqabısı hazırlayanda yaşadığı həyəcanı isə bu sözlərlə təsvir edir: “Bitirib masanın üstünə qoyanda içimdən bu hiss keçdi: “Bu artıq sənin işindir!”

Fəaliyyəti boyunca onu ən çox çətinliyə salan sifariş isə qeyri-standart ölçülü, qədim üslubda hazırlanan, tam əl işi bir ayaqqabı olur. Hər detalı təkrar ölçmək, formaya salmaq və dəfələrlə söküb yenidən tikmək onun ustalığını sözün əsl mənasında, sınayır. Amma nəticədə müştərinin razılığı və təşəkkürü bu zəhməti dəyərli edir.

Bu sənət ona bir çox şey öyrədib, amma ən önəmlisi səbr və diqqət olub. “Bu sahədə bir damcı yapışqan belə səhv yerə düşsə, hər şeyi korlaya bilər. Amma sən sevgi ilə işləyirsənsə, nəticə sənin zəhmətinə layiq olacaq,” – deyə vurğulayır Şahin.

“Usta, bu işləri TikTok-da paylaş!” – Bir təklifin yaratdığı dönüş nöqtəsi

Şahin usta TikTok hesabı açmazdan əvvəl bir müddət tərəddüd içində olub. Bu platformada olmaq ona bir qədər uzaq görünürmüş. Lakin bir müştərinin sadə, amma təsirli bir cümləsi onu hərəkətə gətirib: “Usta, bu işləri TikTok-da paylaş, qoy hamı görsün necə işləyirsən.” Həmin gündən sonra o, istehsal prosesini paylaşmağa başlayır və bu, onun biznesində əsl dönüş nöqtəsinə çevrilir.

İlk paylaşımlar sadəcə hazır ayaqqabı nümunələri idi. Videolar 3000-5000 arasında baxış toplasa da, əsl maraq istehsalın özünü – altlıq vurmaq, tikiş və digər texniki mərhələləri paylaşdıqdan sonra yaranır. Onlardan biri 1.1 milyon baxış toplayaraq böyük diqqət çəkir. İzləyicilər tərəfindən verilən suallar, sifarişlə, məhsulun hazırlanması ilə maraqlananlar – bütün bunlar TikTok-un potensialını bir daha sübut edir.

Bu sosial platforma təkcə reklam vasitəsi deyil, həm də müştərilərlə birbaşa ünsiyyət, onların suallarına cavab vermək və sənətini canlı şəkildə nümayiş etdirmək üçün bir fürsətə çevrilib. Şahin usta deyir ki, əvvəllər yalnız bir neçə mağaza ilə əməkdaşlıq edirdilərsə, indi regionlardan da sifarişlər gəlir. TikTok hesabı ona tanınmaqla yanaşı, biznesini daha da böyütmək imkanı verib.

Usta üçün TikTok həm reklam aləti, həm də qarşılıqlı etimad yaratmaq üçün bir platformadır. Ən önəmlisi isə, o indi işini təkcə əl əməyi ilə deyil, həm də sosial mediada yaratdığı kontentlə daha geniş auditoriyaya çatdırır.

TikTok – ustaların yeni vitrini kimi

“Mağaza sahibləri, onlayn müştərilər bizi əsasən TikTok vasitəsilə tapırlar,” – deyə usta gülümsəyərək danışır. “Biri videonu paylaşır, digəri baxır, sonra da mesaj yazırlar: ‘Usta, bizimlə də işləyə bilərsinizmi?’” Bəzən isə daha birbaşa – izləyici heç gözləmədən yazır və sifariş verir. Elə bil ki, emalatxanadan çıxmadan məhsul vitrinə gedir.

TikTok-un bu prosesdə rolu təkcə tanıtım deyil – iş axınının mühüm bir hissəsinə çevrilib. Usta etiraf edir ki, bu platforma olmasaydı, bugünkü qədər sifariş və əlaqə qurmaq mümkün olmazdı. Onun sözlərinə görə, müştəri axınının böyük hissəsi məhz TikTok sayəsində formalaşır.

Amma hər uğurun arxasında görünməyən zəhmət də var. TikTok-un ən böyük çətinliyi, deyəsən, vaxtla bağlıdır. “Bir tərəfdə emalatxana işi, digər tərəfdə çəkiliş, montaj... Başlanğıcda texniki məsələlər çox çətin gəlirdi. Amma öyrəndikcə maraqlı və hətta zövqlü oldu.”

Usta sosial şəbəkələrə yanaşmasında fokuslanmanı ön planda tutur. “Hazırda TikTok mənim üçün kifayət qədər effektivdir,” – deyə vurğulayır. “Bütün diqqətimi ora yönəltmişəm. Əlavə platformalara ehtiyac hiss etmirəm. Hədəfim — TikTok hesabımı gücləndirməkdir.”

O, TikTok-un xüsusilə əl işi ilə məşğul olan kiçik bizneslər üçün nadir bir fürsət olduğunu düşünür: “Əl işi görən hər kəs bu platformada tanınmaq şansı qazanır. Bizim sexin bu qədər tanınmasında TikTok-un rolu böyükdür. Artıq bazarda bizi tanıyırlar, ayaqqabılarımızı axtarırlar. Bir sözlə, TikTok sayəsində seximiz yalnız iş yeri yox, bir brendə çevrilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri