Icma.az
close
up
RU
Ənənəvi sufi mistik düşüncə çağdaş təqdimatda

Ənənəvi sufi mistik düşüncə çağdaş təqdimatda

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ədəbiyyatının klassik ənənələri, ədəbiyyatda kök salmış sufi-mistik düşüncələr müasir ədəbiyyatda birbaşa ifadə olunmasa da, əsrlər boyu xalqın ruhuna hopmuş bu ideyaları sətiraltı formada özünü göstərməyə davam edir. Bu da təbii haldır. Çünki ədəbiyyat həyatı, insanın dünyagörüş və düşüncələrini bədii lövhələrlə əks etdirən sənətdir. Biz Azərbaycan ədəbiyyatının tarixinə baxanda görürük ki, yüz illər boyu xalqın sənətkarları sufi düşüncə və ideyalarını öz əsərlərində əks etdirib. Hətta Azərbaycan sufi ədəbiyyatının kuliminasiyası Məhəmməd Füzuli hesab olunur ki, uzun müddət Azərbaycan ədəbiyyatı Füzulinin orbitindən çıxa bilməyib. Buna əsasən deyə bilərik ki, xalqın ruhuna hopmuş sufi düşüncələri asanlıqla ədəbiyyatı tərk edə bilməz. Hazırda açıq və birbaşa şəkildə bu düşüncələr ifadə olunmasa da, müəlliflər özləri belə fərqində olmadan əsərlərində sufizmdən nişanələr qoyurlar. Lakin Zərəngiz Şıxlı öz yaradıcılığında birbaşa və məqsədli şəkildə bu ideyaları əks etdirir. Fəqət qeyd etmək lazımdır ki, onun düşüncələri klassik sufi ideyaları ilə səsləşsə belə, yeni yanaşmadan xəbər verir. Sanki klassik sufi-mistik düşüncə bu müəllifin yaradıcılığında reformasiya keçirib. Buna görə də onun "Hamı üçün" kitabının diqqətlə oxunması və qiymətləndirilməsi lazımdır.

Kitabda klassik sufizmdə olduğu kimi, insanın "məni" onun ruhu hesab olunur. Ən önəmli və müsbət cəhət isə ruhun təhlilidir. Belə ki, əsrlərdir, insan oğlu ruh haqqında düşünsə də, bu mövzuya müxtəlif əsərlər həsr etsə də, ruh hələ də açılmamış sirr olaraq qalmağa davam edir. XXI əsrdə elmin yüksək inkişafına baxmayaraq, elm özü də ruh haqqında dəqiq və konkret fikir söyləyə bilmir. Bu baxımdan kitabda ruh haqqında müəllifin özünəməxsus fikirləri əks etdirilməklə bərabər, İslam dinində ruhun dərk edilməsi haqqında mövcud olan fikir də olduğu kimi çatdırılıb. Qurani-Kərim də göstərilir ki, "Səndən Ruh barədə soruşsalar, de ki, Rəbbimin işidir, o təfəkkürə sığmaz məfhumdur". Həqiqətən də belədir. Çünki insanın əqli yalnız fiziki aləmi qavramaq gücünə qadirdir. İnsan yalnız duyğu analizatorlarına birbaşa təsir göstərən qıcıqları hissi idrak vasitəsi ilə qavraya bilir. Lakin metafiziki aləmi - irrasional olanı qavramaq insan üçün mümkünsüzdür. Əgər bu mümkün olsaydı, əsrlərdir ayrı-ayrı dinlər və insanlar vəhdətə çatmaq üçün müxtəlif yollar axtarmazdı. İnsanın ağlı onu bu dünyaya bağlayan bir vasitədir. İnsan ağlının ağası olmağı bacarmalıdır, əks halda nəsf ağla, ağıl isə insana hökm edəcəkdir. Bu baxımdan Nizami deyir:

Qəlbin qulu ol ki, sultan olasan,

Ağlın ağası, canın padşahı olasan.

Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, insanın ağlı metafiziki aləmi qavramaqdan aciz olduğu üçün bu aləmin bir parçası olan ruhu dərk etmək mümkün deyil. İnsan yalnız onu qəlbi ilə hiss edə bilər. Bəlkə də, buna görədir ki, əsrlərdir, insan oğlu ruh haqqında dəqiq bir fikir söyləyə bilmir.

Zərəngiz Şıxlı kitabında göstərir ki, "heç kim yaratmayıb öz-özünü, nə bədən üzvlərini, nə ruh xassələrini, nə xassə xüsusiyyətlərini. Hər bir insan Allah yaratdığı anadan gəlmədir". Bu fikir sufi-mistik yolçuluğun başlanğıc nöqtəsini - səbəbini ifadə edir. Belə ki, hər bir insan öz irsi xüsusiyyətlərinin daşıyıcısıdır. Genetik kodlarda nəsildən-nəslə ötürülən xüsusiyyətlər insan şəxsiyyətinin formalaşmasında həlledici rol oynayan cəhətdir. Vəhdət arzusu irsi şəkildə ötürüldüyü kimi nəfsi arzular və hətta günahlar belə irsi şəkildə ötürülə bilər. Bunu genetik psixologiya elmi də təsdiq edir. Xalqın əsrlik təcrübəsində - şifahi xalq ədəbiyyatında da bu fikir öz təsdiqini tapır. Səmavi dinlərdə də bu məsələ öz əksini tapıb. Xristianlığa görə, yeddi böyük günahdan birini edən insanın yeddi nəsli bu günahdan xilas ola bilmir. Həmçinin, xristianlıqdan öncə yaşayıb-yaratmış qədim yunan müəlliflərindən olan Sofoklun "Tiran Edip" əsərində də bu düşüncə var. Belə ki, Edip öz taleyinə yazılmış günahdan yayına bilmir. Genetik psixologiya elmi də göstərir ki, hər yeddi nəsildən bir genetik kodlar yenilənir. Yəni yeddi nəsil boyunca irsi xüsusiyyətlər genetik şəkildə ötürülməyə davam edir. Bu da dediklərimizin təsdiqidir. Lakin qeyd edmək lazımdır ki, ailənin mənfi keyfiyyətləri irsi şəkildə ötürüldüyü kimi, vəhdət arzusu, Allah sevgisi kimi keyfiyyətlərdə irsi şəkildə nəsildən-nəslə ötürülməyə davam dir. Hər bir insanın içində həm müsbət, həm də mənfi bir tərəf vardır. İnsanın doğru və ya yanlış yola getməsi onun şəxsi seçimidir. Habil də, Qabil də Adəm peyğəmbərin övladı idi. Hər ikisində də peyğəmbər qanı vardı, lakin hər ikisi də öz yolunu özü seçdi...

Kitabda ifadə olunan aşağıdakı fikirlər də kifayət qədər diqqətəlayiqdir: "Zaman, məkan, şərait, mühitin dəyişməsi ilə ruhun xassə və xassə xüsusiyyətlərinin fəaliyyəti dəyişmir". Müəllifin bu fikri əslində kainatın iş prinsipini ortaya qoyur. İlk öncə onu qeyd etməliyik ki, zaman məhfumu əslində bəşəriyyət tarixi boyu insan oğlunun yaşadığı hadisələrin ardıcıllığından ibarətdir. Fəlsəfədə zaman məhfumuna verilən tərif belədir: "Zaman, hadisələrin ardıcıllığını, davamlılığını və dəyişkənliyini ölçmək və anlamaq üçün istifadə olunan, həm təcrübi, həm də nəzəri bir anlayışdır. O, varlığın və dəyişmənin çərçivəsini təşkil edir". Tərifdən də məlum olduğu kimi, zaman nəzəri anlayışdır. Zaman irəli doğru inkişaf edən üfiqi bir xətt deyil. Kainatda hər şey dövri xarakter daşıyır. Ən sadə yerdən baxsaq, ilin fəsilləri belə dövri xarakter daşıyır. İnkişaf yalnız insana məxsusdur ki, bu inkişafın özü də dövri xarakter daşıyır. Belə ki, bəşər tarixinin başlanğıcından hər bir insan eyni inkişaf yolunu keçir. Doğumundan ölümünə qədər hər bir insanın keçdiyi yol əslində ümumi xarakter daşıyır. Müşahidə etdikdə aydın olur ki, bəşər tarixinin başlanğıcından bu günə qədər dəyişən insanın yaşayış şəraitidir, insanın həyat yolunda dəyişən bir istiqamət yoxdur. Yaşayış şəraitinin dəyişməsi tələbatları, insanı fəaliyyətə təhrik edən motivləri dəyişsə də, bu tələbat və motivlərin özü də bizim həyat şəraitimizlə bağlı olan istiqamətlədir. Zaman isə insan oğlunun öz tələbatlarını təmin etmək üçün göstərdiyi fəaliyyətdə yaşadıqlarının ardıcıllığından ibarətdir. Bu baxımdan deyə bilərik ki, zaman insandan kənarda mövcud deyil. Zaman insanın içərisindədir desək, yanlış olmayacaqdır.

Zaman və məkan bir-biri sıx bağlı məfhumlardır. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. İnsan bəşər tarixi yaranandan bugünə qədər yaşanan hadisələrin ardıcıllığını dərk edərək hansı zaman daxilində olduğunu dərk edir. Eyni qaydada duyğu analizatorlarına təsir edən qıcıqlayıcıların vasitəsi ilə cismani olaraq hansı lokasiyada olduğunu da qavraya bilir.

Sufi-mistiklərin fikrincə, insan zaman və məkanın xaricinə çıxa bilər. Biz bunun nümunəsini Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində görə bilərik. Əsərin baş qəhrəmanı Bəhram Gur sufi-mistik yolçuluğun sonunda -  əsərin sonunda mağarada yoxa çıxır. Belə ki, Bəhram Gur vəhdətə vararaq neytrallıq qazanır, yəni öz müsbət və mənfi yüklərindən azad olur. Hər bir materiya kiçik zərrəciklər olan atomlardan ibarətdir. Atomlar müsbət və mənfi yüklü elektronların cəzbetmə qabiliyyəti sayəsində bir araya gələrək materiyanı formalaşdırır. Vəhdət yolçuluğunun sonunda mistik yolçu neytrallıq qazanır və Bəhram Gurun timsalında yoxa çıxır. Bütün bunların işığında deyə bilərik ki, insan zaman və məkandan asılı deyil, hətta zaman məhfumu bütövlükdə insanın daxilində olan nəzəri bir anlayışdır. Nəticədə bu dəlillər Zərəngiz Şıxlının "Zaman, məkan, şərait, mühitin dəyişməsi ilə ruhun xassə və xassə xüsusiyyətlərinin fəaliyyəti dəyişmir" fikrini isbat edir. Yəni zaman və məkanın dəyişməsi insan ruhunun keyfiyyətinə təsir göstərə bilməz. Müəllifin təklif etdiyi dövrü qanun ideyası da kainatın dövrülüyü və dövrülükdə dövrülükdə əbədiliyin olduğunu müdafiə edir.

Əsərin müsbət cəhətlərindən biri irəli sürülən yeni ideya və fikirlərin psixologiya elminin prinsip və qanunlarına əsaslanaraq isbat olunmasıdır. Xüsusilə, hissi idrakın tərkib hissləri olan duyğu, qavrayış, təsəvvür haqqında fikirlərin dolğun şəkildə əks olunması kitabdakı yeni fikirlərin etibarlılığını artırır. Bundan başqa, şüur, təfəkkür amilləri haqqında müəllifin şəxsi fikirləri ilə bərabər, müasir elmin qənaətlərinin də əks olunması əsərin yüksək elmi keyfiyyətindən xəbər verir.

Kitabın diqqət cəlb edən əsas xüsusiyyətlərindən biri fəlsəfədə yeddi yeniliyin təqdim olunmasıdır. Müəllifin kitabda fəlsəfəyə fərqli bir baxış bucağından yanaşması da təqdirəlayiqdir. O öz əsərində dövrü qanun əsasında yaradılan varlıqlar əbədidir, canlı təbiət və cansız varlıqlar əkslik qanunu əsasında yaradılıb, canlı təbiət və canlı həyat vəhdət qanunu əsasında yaradılıb fikirləri fəlsəfədə söylənmiş yeni ideyalardır. Konkret desək, müəllif fəlsəfə elmində dövrü qanun, vəhdət qanunu və əkslik qanunu kimi yeni anlayışlar irəli sürür. Müəllifin əkslik qanunu qədim çində yaranmış yin-yang fəlsəfəsinin mövqeyini müdafiə edərək hər şeyin öz ziddi ilə daim olduğunu deyir. Həmçinin, bu qanunun dialektikanın qanunlarından olan əksliklərin vəhdəti qanunu ilə də səsləyir.

 Ayna ƏHMƏDLİ

(AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri