Icma.az
close
up
RU
Energetik alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Energetik alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, texniki elmlər üzrə doktor, professor Tahir Cəfərov Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.

Tahir Cəfərov Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirdikdən sonra Mingəçevir Tikinti Trestinin Elektrik Quraşdırma İdarəsində usta, Mingəçevir SES-də kaskadın mühəndisi, Dövlət Enerji Nəzarət İdarəsinin Mingəçevir şəhər şöbəsinin rəisi, Mingəçevir Elektrik Şəbəkəsinin direktoru, Sənaye və Energetika Nazirliyində Energetika şöbəsinin müdiri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin baş energetiki vəzifələrində işləyib. Ölkənin energetika siyasətinin formalaşması və bu sahədə Avropa Direktivinə uyğun islahatların aparılması üzrə Avropa İttifaqının ekspertləri ilə birgə yeni qanun layihələrinin hazırlanmasında texniki direktor kimi iştirak edib. Hazırda “Azərişıq” ASC-nin Tədris Mərkəzində müasir texnologiyaların tətbiqi üzrə məsləhətçi vəzifəsində çalışır.

Professor Tahir Cəfərov “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu” (Bakı, 2013), “Elektroenergetika – varlıqla yoxluğun astanasında” (Bakı, 2015), “Smart market. Elektroenergetika - islahatlar və intellektual bazar” (Bakı, 2017), “Elektrik işığının qaranlıqları” (Bakı, 2025) kitablarının və energetika sisteminin fəaliyyət effektivliyinin artırılması, SES-lərin təhlükəsizliyi, müasir texnologiyaların energetikaya tətbiqi, bərpa olunan enerjidən istifadə və digər məsələlərlə bağlı 50-yə yaxın məqalələrin və layihələrin müəllifidir.

Energetika sahəsində görkəmli alim həmçinin yuxarıda adları sadalanan kitablarının elektron versiyalarını da kitabxanaya təqdim edib.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor Tahir Cəfərova kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona elmi işlərində uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri