Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

U 17 millisi Gəncədə

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Energetik içkilər: əlavə enerji, yoxsa təhlükə?

Energetik içkilər: əlavə enerji, yoxsa təhlükə?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycana idxal olunan "Nitro Max" energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.

Görmə qabiliyyətinin qəfil itirilməsi, nəfəs darlığı, sinədə ağrı...

Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu başağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.

Energetik içkilərinin tərkibində kafein, taurin, ginsenq, quarana kimi zərərli əlavələr qatılır. Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. Enerji içkilərinin hazırlanmasında istifadə olunan quaranada yüksək miqdarda kafein, teofilin, teobromin var. Bu maddələr ürək vurğularının sayını artırır, təzyiqi qaldırır, ürəyin yığılmasını qüvvətləndirir, aritmiyalara səbəb olur. Normadan artıq enerji içkisi qəbul edənlərdə "kafein zəhərlənməsi" yaranır.

Energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, energetik içkiləri qan təzyiqini yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. Energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var ki, bunlar, xüsusilə də kofein və taurin həddən artıq qəbulu ürək fəaliyyəti üçün ciddi problemlər yaradır. Belə ki, ürəyi həddən artıq gücə salır və ürək döyünmələrini artırır:

Həddən çox döyünmə ürəyi yorur

"Ürəyin ritmi artığı üçün ürək əzələsi yorulur. Ürək əzələsinə əlavə bir güc vermək, onu stimullaşdırmaq ürək əzələsinin resurslarını tükəndirə bilir. Ürəyin həddən çox döyünməsi ürəyi yorur. Bu isə ürək əzələsinin probleminə gətirib çıxarır. Bu gün ürəkdə olan müxtəlif qüsurların və bəzi ürək pozuntularının səbəblərindən biri də bu cür içkilərin həddən ziyadə istifadə olunmasıdır. Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa etmək üçün belə içkilərə üstünlük verilir. Energetik içkisini qəbul etdikdən sonra bədən müvəqqəti keyiyir, insanlar özlərini rahat hiss edirlər. Lakin içkinin təsiri keçdikdən sonra sonra yorğunluq, halsızlıq yaranır. Bir qutu enerji içkisinin tərkibində olan kofein 12-13 stəkan kofenin tərkibində olan kofeinlə bərabərdir. Bu da insan sağlamlığı üçün çox zərərlidir".

Sinir sistemi zəif, ürəyi xəstə, qan təzyiqi olanlara energetik içki qəbulu yolverilməzdir

Adil Qeybulla deyir ki, energetik içkilərin tərkibindəki maddələr orqanizm üçün əlavə yükdür və bu, təbii ki, öz neqativ təsirini göstərir. Xüsusilə də orta məktəb uşaqlarının bundan istifadəsi  məqsədəuyğun deyil. Sinir sistemi zəif, ürəyi xəstə olan, qan təzyiqi olan şəxslərin energetik içki qəbul etməsi yolverilməzdir: "18 yaşdan aşağı olan uşaqlara energetik içkilərdən istifadə qadağan olunmalıdır. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Çünki hansısa qərar qəbul olunsa belə, içki evə daxil olursa, bundan istifadə edənlər olacaq. Necə ki spirtli içkilərlə bağlı hansısa ailədaxili qadağalar, müəyyən nəzarət sistemi var, bu şəkildə də energetik içkilərə olmalıdır. Valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Bir butulka energetik içki içənlər özlərini gümrah hiss edirdilərsə, zaman keçdikcə qəbul edilən içkinin miqdarı artmağa başlayır. Artdıqca isə sinir sistemində problemlər yaranır. Həmin içkilərin əksəriyyəti tonuslandırıcıdır. Bu cür içkilərin uzunmüddətli qəbul edilməsi məqsədə uyğun deyil. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb olur. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxarır".

Enerji içkilərindəki "enerji" sadəcə onun adındadır

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, enerji içkilərindəki "enerji" sadəcə onun adındadır: "Tərkibi insan orqanizminə enerji vermir. Enerji içkilərinin hazırlanmasında vitaminlərdən, minerallardan, bitkilərdən istifadə olunduğu deyilsə də, ya çox az tərkibdə, ya da onların kimyəvi dadlandıcılarından istifadə edərək hazırlanır. Bundan əlavə, tərkibində insan orqanizminə zərər verən bir çox zərərli kimyəvi maddələr var. Enerji içkiləri insan orqanizminin 24 saatda istifadə edəcəyi enerjini 10-15 dəqiqə oyadır, aktivləşdirir. İnsan həmin an sanki enerji aldığını düşünür. Dərhal birdən enerji bitdikdən sonra insanlarda artıq yorğunluq, diqqət əskikliyi yaranır. Bu da göstərir ki, enerji içkisi suni şəkildə asılılıq yaratmaqdan və orqanizmin funksiyasını pozmaqdan ibarətdir. Asılılıq yarandığı üçün insanlar həmin içkinin davamlı istifadəsinə başlayır. Bu içkilər biznes marağı çərçivəsində hazırlanıb".

Yüksək şəkər, kofein və kimyəvi maddələr orqanizmin funksiyalarını pozur

Mütəxəssis bildirib ki, enerji içkilərinin tərkibindəki yüksək şəkər, kofein və kimyəvi maddələr orqanizmin funksiyalarını pozur: "Enerji içkilərinin digər rəngli, qazlı içkilər kimi zərərləri var. Eyni zamanda təbii olmayan jenşen, yaxud quarana kimi bitkilərdən istifadə edirlər. Onlar kimyəvi, sintetik maddələrdən hazırlandığı üçün içdikdə heç də orqanizmə enerji vermir. Əksinə, orqanizmin günlük enerjisini 10-15 dəqiqə ərzində süni şəkildə oyadır, aktivləşdirir və o müddətdən sonra enerji birdən-birə aşağı düşür. Belə olduqda da insanlarda həmin içkilərdən asılılıq yaranır".

Bu içkilər 18 yaşa qədər insanlarda əqli inkişafın qarşısını alır

Məhsəti Hüseynovanın sözlərinə əsasən, sözügedən içkilər xüsusilə 18 yaşa qədər insanlarda əqli inkişafın qarşısını alır, yaddaşsızlıq, azheimer kimi xəstəliklərə səbəb olur: "Bəzi ölkələrdə enerji içkiləri 18 yaşına qədər insanlara qadağan olunub. Bu da onunla əlaqədardır ki, 18 yaşına qədər insan orqanizmi hələ inkişaf prosesindədir. Onun tərkibində kimyəvi qatqılar və digər maddələr cinsi yetişkənliyin və eyni zamanda əqli inkişafın qarşısını alır. Gələcəkdə alzheimer və yaddaşsızlıq kimi xəstəliklərə səbəb olur. Eyni zamanda, da orqanizmin funksiyasını və qan-damar sistemini pozduğu üçün ani ürəktutmalarına səbəb olur. Tərkibindəki jenşen cinsi yetişkənlik zamanı düzgün inkifaşın qarşısını alır, orta yaşlarda cinsi fəaliyyəti zəiflədir. Bu da gələcəkdə sonsuzluğa, uşaqların xəstə doğulmasına səbəb olur. Bununla yanaşı, daha bir aldadıcı məqam həmin içkilərin tərkibində B qrup vitaminlərin çox olması ilə bağlıdır. Bu, yanlışdır. İnsanlar normal şəkildə qidalansa, bu vitaminləri təbii şəkildə alacaq. İçkinin üzərində yazılanlar heç də onun tərkibini əks etdirmir, bunlar sadəcə biznes marağı və hiylədir. Uzunmüddətli istifadə asanlıqla psixoloji asılılıq yaradır. Enerji "partlayışı"ndan sonra meydana çıxan qəfil yorğunluq hissi istifadəçinin daha çox içki qəbul etməsinə səbəb olur".

Zəhərlənmə, dişlərin çürüməsi, kalsium əskikliyi...

Mütəxəssis qeyd edib ki, energetik içkilərin tərkibindəki süni dadlandıcılar və kofeinin yüksək olması zəhərlənməyə və dişlərin çürüməsinə, kalsium əskikliyinə gətirib çıxarır. Ümumiyyətlə, yaşdan asılı olmayaraq enerji içkilərindən istifadə etmək tövsiyə olunmur: "Bəzi orta yaşlı insanlar ürək-damar xəstəlikləri,  qaraciyər piylənməsi və müəyyən xroniki xəstəliklərdən əziyyət çəkirlər, enerji içkilərindən istifadə onlarda həmin xəstəlikləri daha da tez inkişaf etdirir. Cinsi yetişkənlik dövründə çox enerji içkisi içən şəxslərin gələcəkdə sonsuzluqla qarşılaşma problemləri ola bilər ki, bunlara da xüsusi şəkildə diqqət yetirmək lazımdır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:676
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see266

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see263

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see257

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see247

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see242

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see242

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see221

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see216

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see216

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see215

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see208

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see206

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see204

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see203

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see193

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri