Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, “İmarət” küçəsi) keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















