Icma.az
close
up
RU
Energetika naziri: Azərbaycandan 30 a yaxın ölkəyə neft tədarük olunur

Energetika naziri: Azərbaycandan 30 a yaxın ölkəyə neft tədarük olunur

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunur, dekabrdan isə qazla təchiz edilən ölkələrin sayı 12-yə çatacaq.

Gununsesi.info Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov I İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında bildirib.

O, enerji əməkdaşlığının bərpa olunan enerji ilə genişləndiyini qeyd edib, artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.

Sessiyada COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal “yaşıl enerji keçidi”ni sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərin Azərbaycanın bərpa olunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslandığı bildirilib. Nazir deyib ki, bərpa olunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı “yaşıl enerji” layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkan yaranır.

Bərpa olunan enerjinin inkişafına dair beynəlxalq proqramın bir neçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğu qeyd edilib. “Azərbaycan – Türkiyə – Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyi diqqətə çatdırılıb. Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün Bolqarıstanın təşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya “yaşıl enerji”nin tədarükü imkanlarını da müzakirə etdik. Bütün bu interkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm də qlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək.”

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan, Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviya nümayəndələri də iştirak edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri