Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Energetika naziri və Aİ komissarı mətbuat üçün bəyanat yayıb

Energetika naziri və Aİ komissarı mətbuat üçün bəyanat yayıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclası keçirilib. Tədbirdə 24 tərəfdaş ölkə, eləcə də 52 təşkilat və şirkət təmsil olunub.

APA-Economics” xəbər verir ki, görüş zamanı Avropa İttifaqı və Azərbaycan Respublikasının enerji sahəsində strateji tərəfdaşlığa sadiqliyi bir daha vurğulanıb. Bu tərəfdaşlıq sərfəli, sabit və etibarlı təbii qaz təchizatı ilə yanaşı, bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması, hidrogen istehsalı, metan emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsini əhatə edir.

Cənub Qaz Dəhlizi

Cənub Qaz Dəhlizi Məşvərət Şurasında dəhlizin Azərbaycan qazını daha çox alıcıya etibarlı və rəqabətqabiliyyətli şəkildə çatdıran ötürücü sistem kimi mühüm rolu vurğulanıb. Regional tərəfdaşlar artıq dörd ildir uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi siyasətinə verdiyi əhəmiyyətli töhfəni qeyd ediblər. Azərbaycan, o cümlədən SOCAR şirkəti 2024-cü ildə ümumilikdə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edib, bunun təxminən 13 milyard kubmetri Avropa İttifaqına üzv olan ölkələrin payına düşüb. Bu göstərici 2021-ci illə müqayisədə 57% artım deməkdir. Məşvərət Şurasında qaz hasilatı və ötürülməsi infrastrukturunda davam edən irəliləyişlə yanaşı, təchizatın növbəti illərdə daha da artırılması məqsədilə maliyyələşdirmə və investisiya tələbləri üzrə müzakirələr aparılıb. Görüşdə metan emissiyalarının azaldılmasına töhfə verən Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi təşəbbüslərin önəmi də xüsusi qeyd olunub.

Yaşıl Enerji

Yaşıl Enerji Məşvərət Şurasında regionda enerji səmərəliliyi və bərpa olunan enerji potensialının artırılması istiqamətində yeni səylər müzakirə edilib. Azərbaycan Respublikasının 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransına (COP29) ev sahibliyi etməsi və bu tədbirin əsas mandatları üzrə işləri uğurla yekunlaşdırması yüksək qiymətləndirilib. Bəzi iştirakçılar tərəfindən COP29 çərçivəsində irəli sürülmüş - enerji saxlama və şəbəkələr, yaşıl enerji zonaları və dəhlizləri, habelə hidrogen üzrə üç enerji təşəbbüsünün Paris Sazişinin məqsədlərinə və qlobal enerji keçidinin sürətləndirilməsinə verdiyi töhfə vurğulanıb. Xüsusilə Azərbaycanın COP Sədrliyi tərəfindən irəli sürülmüş və 100-dən artıq ölkənin dəstəklədiyi “Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi” təşəbbüsü Şuranın diqqət mərkəzində olub.

Görüşdə həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycanın, həmçinin Mərkəzi Asiyanın zəngin yaşıl enerji resurslarını Avropaya çatdırmağa yönəlmiş bir sıra yaşıl enerji dəhlizi layihələri müzakirə edilib. Bu layihələrin regionda enerji əlaqəliliyinin artırılması və dayanıqlı enerjiyə keçidin təşviqi məqsədi daşıdığı qeyd olunub.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bugünkü qlobal çağırışlar fonunda enerji təchizatının şaxələndirilməsinin vacibliyini bir daha təsdiqlədik. Təbii qaz enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və qaz yataqlarına və infrastrukturuna davamlı investisiyalar mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təchizat boşluqlarının aradan qaldırılması baxımından Aİ-nin hərtərəfli dəstəyi vacibdir. Eyni zamanda, yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və dayanıqlı enerjiyə keçidi sürətləndirəcək.”

Avropa Komissarı Dan Jorgensen dedi: "Bugünkü görüşlər enerji təhlükəsizliyini yaxşılaşdırmaq və Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylərimizi vurğulayır. Bir çox tərəfdaşın yaxın illərdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadə üçün yeni ticarət marşrutlarının yaradılmasına marağını görməkdən məmnunam.”

Əsas iclaslara parallel olaraq nazir Pərviz Şahbazov və komissar Dan Yorgensen Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın energetika nazirləri ilə birlikdə Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə əldə olunmuş son irəliləyişləri müzakirə ediblər. Həmçinin Xəzər dənizində külək enerjisindən istifadənin inkişafına həsr olunmuş Avropa İttifaqı-Azərbaycan dəyirmi masasına birgə sədrlik ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see207

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see200

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see176

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see170

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see160

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see147

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see146

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see144

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see142

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see139

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see139

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri