Icma.az
close
up
RU
Energetika Nazirliyi enerji auditoru ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edir

Energetika Nazirliyi enerji auditoru ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edir.

Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarının, həmçinin həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.

İxtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur. Attestasiya test üsulu ilə Energetika Nazirliyi tərəfindən 2 saat müddətində və fasiləsiz keçirilir. Namizədlərə 40 qapalı və 10 açıq tipli olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilir. Testdə ən azı 45 bal toplamış namizədlər attestasiyadan keçmiş hesab olunurlar.

Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.

Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.

İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin www.minenergy.gov.az rəsmi internet səhifəsində elan ediləcəkdir.

Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında “Enerji səmərəliliyi” bölməsinin “Enerji auditi” alt bölməsindən tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri