Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) də təmsil olunub.
Newscenter.az-ın xəbərinə görə, müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. COP29 zamanı Bakıda Energetika Nazirliyi ilə AEBA arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və bu çərçivədə Agentliklə əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətlər, habelə hüquqi çərçivənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Azərbaycanın “təmiz enerji” sahəsində planları və AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Energetika Nazirliyində vətəndaşlarla görüş keçirilib
10 Dekabr 2024 11:09
Energetika Nazirliyində vətəndaşlarla görüş
18 Dekabr 2025 09:33
Energetika Nazirliyində vətəndaşlarla görüş keçirilib AZƏRTAC
10 Dekabr 2024 10:31
Energetika Nazirliyində vətəndaşlarla görüş olub
10 Sentyabr 2025 10:27
Baxış sayı:67
Bu xəbər 14 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















