Icma.az
close
up
RU
Energetika Nazirliyində bp şirkətinin baş icraçı direktoru ilə görüş olub

Energetika Nazirliyində bp şirkətinin baş icraçı direktoru ilə görüş olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib. 

Görüşdə bp şirkəti ilə uzunmüddətli strateji enerji tərəfdaşlığı və enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığın hazırda bərpa olunan enerji, dekarbonizasiya istiqamətində genişlənməsindən məmnunluq ifadə olunub. Azərbaycan-bp tərəfdaşlığının 30 ildən çox tarixə malik olduğu və bu əməkdaşlığın mürəkkəb dövrlərdə mühüm nəticələr verdiyi vurğulanıb. Azad edilmiş ərazilərdə həyata keçirilən “Şəfəq” layihəsinin icrası, xüsusilə Cəbrayıldan “yaşıl elektron”ların virtual ötürülməsini mümkün edən mexanizmin yaradılması yüksək qiymətləndirilib. Bu mexanizmin regionda dekarbonizasiya və enerji nəqli modelində yeni mərhələyə keçidi təmin edən mühüm innovativ addım olduğu vurğulanıb.

Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlar barədə məlumat verilərək bildirilib ki, ölkəmiz ənənəvi neft - qaz ixracatçısından tədricən bərpa olunan enerji istehsalçısına çevrilir və enerji strategiyası balanslaşdırılmış yanaşmaya əsaslanmaqla neft, qaz, hidro, külək və günəş enerjisini əhatə edir. Həmçinin Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı, eləcə də regionlararası enerji interkonnektor layihələri də diqqət mərkəzində olub. Dünyada elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanın elektrik enerjisinin ixracını prioritet istiqamət kimi müəyyən etdiyi qeyd edilib. Bildirilib ki, gələcəkdə regionlar və ölkələr arasında əlaqələr təkcə dekarbonizasiya deyil, həm də enerji təhlükəsizliyi baxımından həlledici rol oynayacaq.

Söhbət zamanı Azərbaycan və bp arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə qarşılıqlı maraq ifadə edilib. Həmçinin qlobal enerji bazarlarında vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri