Icma.az
close
up
RU
“Enerji diplomatiyası Yaxın Şərqə doğru genişlənir” MÜNASİBƏT BİLDİRİLDİ

“Enerji diplomatiyası Yaxın Şərqə doğru genişlənir” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezidentin müsahibəsində bölgəmizdə sülh və əməkdaşlığın ölkəmiz üçün əsas prioritet olduğu bir daha vurğulandı. Aydın şəkildə həm bölgə ölkələrinə, həm də bölgəyə yaxın ölkələrə mesaj verilir ki, Azərbaycan sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olunması yolunda indiki seçilmiş kursu daim davam etdirəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bölgəmizdə sülh və təhlükəsizliyin bərqərar olunmasına qarşı həm bölgə daxilindən, həm də kənardan edilən istənilən müdaxilə Azərbaycan üçün məqbul deyil və Azərbaycan bölgədə Ermənistanla sülh prosesinin sona qədər aparılması iddiasında və iqtidarındadır: "Bundan başqa, Ermənistanın daxilində müəyyən qüvvələr və onların xaricdəki dəstəkçiləri də lazımı olan mesajları aldılar. Bu da ondan ibarətdir ki, biz Ermənistanda müəyyən qüvvələrin sülh prosesinə maneçilik törətmək cəhdlərini və bu cəhdlərin kənardan dəstəkləndiyini bilirik. Amma bütün hallarda Ermənistanın Vaşinqtonda seçilmiş sülh prosesi kursundan geri çəkilməsi birinci növbədə Ermənistanın özünə zərbə vuracaq və bütün bölgədə seçilmiş sülh kursuna ziyan gətirəcək. Amma burada Azərbaycan prezidentinin çox ciddi xatırlatması bundan ibarətdir ki, Ermənistanda sülhü pozmaq istəyənlər, regionda qüvvələr balansının bütün mənalarda Azərbaycanın xeyrinə olduğunu unutmamalıdırlar. Fikrimcə, bu, Ermənistandakı revansçılar qüvvələrə və onların havadarlarına ən təsirli və ən kəskin mesaj olmalıdır.

Bundan başqa, bölgədə kommunikasiyaların ən qısa müddətdə açılmasının bütün bölgənin rifahına və təhlükəsizlik tələblərinə maksimum cavab verdiyi bir daha bəyan olunur. Eyni zamanda Azərbaycan prezidenti bölgədə kommunikasiyaların açılması ilə bərabər yeni kommunikasiya şaxələrinin də ciddi axtarışında olduğunu nümayiş etdirdi. Daha doğrusu, Azərbaycanın bu gün mövqeyi, təhlükə münaqişə qədər mövcud olmuş kommunikasiyaların açılmasından ibarət deyil. Eyni zamanda münaqişə qədər mövcud olmuş kommunikasiyaların açılmasının yeni kommunikasiya qovşaqlarının və koridorlarının yaradılmasına bir vəsilə olacağı da Azərbaycan siyasətində önəmlidir. Bizim prezidentin dünyaya verdiyi əsas mesajlardan biri də məhz bu oldu ki, Ermənistanın təcavüzü nəticəsində qapanmış kommunikasiyaların açılması yeni kommunikasiya qovşaqlarının və koridorlarının yaradılmasına da vəsilə olacaq və olmalıdır. Eyni zamanda kommunikasiyaların açılmasından bütün bölgə dövlətlərinin fayda görəcəyi ilə bağlı maraqlı mesajlar var. Xüsusilə də burada daha çox adı hallanan İranın hakim dairələrinə pragmatik və praktik maraqlara daha çox diqqət yetirməklə bağlı verilən mesajlar maraqlıdır.

Xüsusilə də onun qeyd olunması ki, İran Zəngəzur dəhlizinin açılmasından Orta Dəhlizə birbaşa qoşulmaq şansı əldə edəcək. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin daha bir qolu məhz Zəngəzur dəhlizinin üzərindən İrana keçid edə bilər kimi mesajlar məncə İranda lazımı reaksiyanı və marağı doğurmalıdır. Ona görə ki, kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının birbaşa, təkcə Azərbaycana və Ermənistana faydasının olmadığı Azərbaycan prezidenti tərəfindən ifadə edildi. Eyni zamanda bu dəhlizdə İranın çox böyük maraqlarla təcəssüm olunabiləcək fikri dəvəcəsini tapdı".

Aydın Quliyev eyni zamanda qeyd edib ki, Azərbaycanın özünün enerji diplomatiyasını artıq bu dəfə Yaxın Şərqə doğru genişləndirilməsi ilə bağlı mesaj da təbii ki, maraqlıdır: "Azərbaycanın müxtəlif bərpa olunan enerji növlərinin istehsalında ərəb ölkələrinin əməkdaşlığına aid faktlar ən geniş mənada dünya cəmiyyətinə bir mesajdır ki, Azərbaycanın bərpa olunan enerji istehsalında da böyük imkanları mövcuddur. Eyni zamanda Azərbaycanın qazının Yaxın Şərqdə önəmli rol oynaya biləcəyi də Azərbaycan prezidentinin mühüm mesajlarından biridir.

Əgər bu gün Suriyanın enerji sektorunda Azərbaycan artıq bir oyunçu kimi iştirak etməyə başlayırsa, yaxın gələcəkdə ərəb qaz kəməri vasitəsilə Azərbaycanın Misir, Livan, İordaniya və s. bazarlarına da çıxış imkanları olacaqsa, maraqlıdır.

Bir sözlə, Azərbaycanın indiyə qədər apardığı siyasətin ən önəmli prioritetləri olan təhlükəsizlik, əməkdaşlıq və kommunikasiyaların zənginləşdirilməsi xətti bir daha bu müsahibədə ifadə olundu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see182

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see141

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see140

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri