Icma.az
close
up
RU
Enerji içkiləri gənclərin sağlamlığına necə təsir edir? HƏKİM DANIŞDI

Enerji içkiləri gənclərin sağlamlığına necə təsir edir? HƏKİM DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son zamanların ən aktual mövzularından olan, xüsusən də yeniyetmələr arasında daha çox yayılmış enerji içkilərinin istifadəsinin sağlamlığa zərərləri olduqca çoxdur. Bununla yanaşı, gec saatlara qədər telefon və kompüter qarşısında oturmaq, sosial şəbəkələrə aludəçilik də normal yuxu rejimini pozaraq bir çox insanların sağlamlığına ciddi təsir göstərməkdədir. Enerji içkilərinin əsas komponentləri arasında yüksək miqdarda kofein, şəkər, taurin, guarana, B qrupu vitaminləri və bəzən bitki ekstraktları (məsələn, jenşen) olur. Bu komponentlərin bəziləri az miqdarda faydalı görünsə də, enerji içkilərindəki doza xüsusilə uşaqlar üçün olduqca təhlükəlidir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, enerji içkiləri həddindən artıq qəbul edildikdə müəyyən reaksiyalat baş verə bilər: “Belə ki, ürək ritminin pozulması (aritmiya), yüksək təzyiq (hipertoniya), yuxusuzluq və sinir sistemi pozğunluqları, mədə- bağırsaq problemləri (reflüks, ürəkbulanma), asıllıq və psixoloji təsirlər, şəkərli diabet və artıq çəki riski (xüsusi ilə şəkərin miqdarı çox olan içkilər) yarana bilər. Tibb mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, gündə 100–200 mq-dan çox kofein qəbulu artıq yeniyetmələrdə ciddi ürək-damar və sinir sistemi fəsadlarına səbəb ola bilər. Halbuki bəzi enerji içkiləri tək bir qutuda bu miqdarı keçə bilər. Dünya Səhiyyə Təşkilatı və bir çox ölkənin səhiyyə orqanları enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satılmamasını tövsiyə edir. Təəssüf ki, bəzi ölkələrdə bu nəzarət zəif olduğundan enerji içkiləri açıq şəkildə məktəb yaşlı uşaqlara satılır. Valideynlər və müəllimlər bu məsələdə daha məsuliyyətli davranmalı, maarifləndirici tədbirlərə daha çox önəm verilməlidir. 18 yaşdan aşağı şəxslərə enerji içkiləri məsləhət görülmür. İdmanla məşğul olan şəxslər üçün su və elektrolit balansı önəmlidir, enerji içkiləri isə bu məqsədlə uyğun deyil.

Ürək-damar, şəkərli diabet və ya sinir sistemi problemi olan şəxslər enerji içkilərindən uzaq durmaq lazımdır. Valideynlər və müəllimlər maarifləndirmə aparmalı, alternativ sağlam içki seçimləri təşviq olunmalıdır (məsələn: su, təbii meyvə şirələri, bitki çayları).

Amerika Pediatriya Akademiyası (AAP) 18 yaşdan aşağı şəxslərin enerji içkilərindən istifadəsini qəti şəkildə tövsiyə etmir. Araşdırmalarda enerji içkilərinin qan təzyiqini artırdığı, yuxu pozğunluqları yaratdığı və psixoloji təsirləri gücləndirdiyi təsdiqlənmişdir. Böyük miqdarda kofein qəbulu (gündə >400 mq) böyüklər üçün də toksik təsir göstərə bilər. Gecikmiş yuxu rejimi, diqqət pozuntusu və sinir gərginliyi riski artır.

Gecikmiş yuxu rejimi son dönəmlərin aktual problemlərindən biridir. Gecə saatlarına qədər ayıq qalmaq, xüsusən də ekran qarşısında vaxt keçirmək (telefon, planşet, televizor) uşaqların və yeniyetmələrin sağlamlığını daha çox zədələyən bir başqa faktordur. Normalda 6–18 yaşlı uşaqlar üçün gündəlik 8–10 saatlıq keyfiyyətli yuxu tövsiyə olunur.

Gec yatmağın yaratdığı problemlər: yaddaş və diqqət pozğunluqları, dərsə qarşı marağın azalması, hiperaktivlik və ya depressiv əlamətlər,immunitetin zəifləməsi,artım hormonunun azalması (yuxu zamanı bədəndə “growth hormone” adlı artım hormonu ifraz olunur), gec yetkinlik riski və hormonal balansın pozulması. Yuxu saatı azalan uşaqlarda obezlik, şəkərli diabet, ürək-damar xəstəlikləri və psixoloji gərginliklərə daha çox rast gəlinir.

Tövsiyyə olunur ki, enerji içkiləri 18 yaşdan aşağı şəxslər üçün rəsmi şəkildə qadağan olunmalıdır. Məktəblərdə və evdə bu içkilərin zərərləri barədə maarifləndirici söhbətlər keçirilməlidir, yuxu rejimi tənzimlənməli, uşaqlar saat 22:00-dan gec yatmamalıdır, telefon və planşet istifadəsi yuxudan ən az 1 saat əvvəl dayandırılmalıdır, sağlam qidalanma və fiziki aktivlik gündəlik rejimə daxil edilməlidir.
Azyaşlıların fiziki və psixoloji inkişafı üçün düzgün həyat tərzi əsas şərtdir. Enerji içkiləri və gecə yuxusuzluğu bu inkişaf prosesinə ciddi mənfi təsir göstərir. Valideynlər, müəllimlər və cəmiyyət olaraq bu təhlükələrin fərqində olub vaxtında müdaxilə etmək gələcək nəsillərin sağlam böyüməsi üçün vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri