Icma.az
close
up
RU
Enerji inqilabı olacaq: Azərbaycan qarşısına konkret hədəf qoyub

Enerji inqilabı olacaq: Azərbaycan qarşısına konkret hədəf qoyub

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik”. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. 

Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər”.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsi ilə bağlı hədəflərini dünyanın diqqətinə çatdırıb. Günəş və külək enerjisi ölkəmizin gələcəyi üçün olduqca vacibdir. Azərbaycan hakimiyyəti də son illərdə bununla bağlı kifayət qədər ciddi addımlar atıb. Nəticədə, 2030-cu ilə qədər hədəflərimizi reallaşdırmaq da böyük bir sənaye inqilabı olacaq. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin telekanalına müsahibəsi zamanı çox mühüm məqamlara toxunub: 

“Müxtəlif məsələlərə münasibət bildirən dövlət başçısı alternativ enerjiyə keçid barəsində də danışıb. Cənab Prezident günəş və külək enerjisinin istehsalı, hasilatı ilə bağlı fikirlərini bölüşüb. 

Məlumdur ki, Azərbaycan karbohidrogenlərin və faydalı qazıntı ilə əldə olunan neft məhsullarının istehsalı və ixrcaı ilə məşğuldur. Üstəlik, ölkə iqtisadiyyatına bundan kifayət qədər böyük mailiyyə vəsaiti gəlir”. 

Millət vəkili vurğulayıb ki, dünyada günəş və külək enerjisinə keçidlə bağlı tendensiya yaşanır:

“Artıq Azərbaycanda da bu sahədə kifayət qədər ciddi işlər görülməkdədir. Ötən il bu sahədə ən böyük beynəlxalq tədbir olan COP29 Bakıda keçirildi. Bu mötəbər tədbirdə digər dövlətlər kimi Azərbaycan da öz hədəflərini açıqladı. 

Cənab Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsinə diqqətə çatdırıb ki, ölkəmizdə alternativ enerji sahəsinə həm yerli şirkətlər, həm də xarici investorlar cəlb olunub. Azərbaycan ilkin hədəf kimi 2027-ci ilə qədər olan 2 giqavat həcmində Günəş və külək enerjisi hasil etmək istəyir. 

Dövlətimizin başçısı həm də onu da vurğuladı ki, əldə edilmiş enerjinin tədarükü məsələsi ilə bağlı da iş gedir”. 

Partiya sədri qeyd edib ki, günəş və külək enerjisinə keçid etmək yeni dünyanın hədəflərindən biridir:

“Azərbaycan da bu prosesə qoşulub. Cənab Prezident müsahibəsi zamanı onu da vurğulayıb ki, bu gün qazıntı enerjisi əldə edən ölkələrin üzərinə daha çox məsuliyyət düşür. Çünki əldə edilən gəlirlərin bir hissəsi alternativ enerji sahəsinə yatırılmalıdır. Nəzərə almaq lazımdır ki, gələcək dünyanın əsas istifadə edəcəyi əsas enerji günəş və külək enerjisi olacaq. Bu sahədə də Azərbaycan qarşısına konkret hədəf və məqsədlər qoyub”. 

Elmir 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri