Icma.az
close
up
RU
Enerji marşrutlarının sabitliyi: Azərbaycan üçün regional risklər doğurmu?

Enerji marşrutlarının sabitliyi: Azərbaycan üçün regional risklər doğurmu?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

OPEC+ hasilat artımı fonunda qlobal neft bazarında müşahidə olunan dəyişikliklər son günlər enerji təhlükəsizliyi ilə bağlı yeni suallar doğurur. “Hasilatın artırılması regional enerji təhlükəsizliyi üçün risk yaradırmı?” sualı xüsusilə Xəzər hövzəsində fəaliyyət göstərən ölkələr üçün aktuallaşıb.

Qlobal bazarda qiymət volatilliyi artsa da, region dövlətlərinin, o cümlədən, Azərbaycanın əsas prioriteti enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması, hasilatın sabit saxlanması və mövcud nəql infrastrukturunun fasiləsiz işləməsidir.

Hasilat və qiymət dinamikasında baş verən dəyişikliklər fonunda regional təhlükəsizlik mühitinin necə formalaşdığı diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, Azərbaycan üçün regional təhlükəsizlik anlayışı ilk növbədə Xəzər hövzəsindəki sabitliklə bağlıdır.

"Xəzər dənizi ölkənin enerji siyasətində strateji əhəmiyyət daşıdığı üçün burada yaranan hər bir proses hasilatın davamlılığına, nəql marşrutlarının təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa birbaşa təsir edir. Hazırkı mərhələdə regionda ciddi təhlükə və ya təhdid müşahidə olunmur və bu, Azərbaycanın enerji ixracını sabit şəkildə həyata keçirməsinə şərait yaradır",- deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, OPEC+ tərəfindən hasilatın azaldılması ilə bağlı atılan addımlar nəzəri olaraq neftin qiymətinə təsir etməli olsa da, oktyabrdan bəri bazarda ciddi dəyişiklik qeydə alınmayıb: 

"Neft qiyməti 65 dollar səviyyəsindən yuxarı qalxmır. Bunun əsas səbəbi qlobal iqtisadiyyatın hazırkı durumudur. Dünyada iqtisadi artım templəri zəifdir və bir çox ölkələr hələ bərpa prosesini tam başa vurmayıb. Bu səbəbdən yüksək neft qiymətləri dünya iqtisadiyyatı üçün əlavə yük yarada bilər və bazar bu səviyyəni “həzm edə” bilmir. Hazırkı qiymət həm istehlakçı, həm də istehsalçı ölkələr üçün məqbul sayılır".

İlham Şaban: Hazırda Azərbaycan hasilat həcmlərini planlı şəkildə idarə edir

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan üçün regional təhlükəsizlik anlayışı ilk növbədə enerji resurslarının fasiləsiz və təhlükəsiz şəkildə qlobal bazarlara çıxarılması ilə bağlıdır:

"Bu baxımdan ölkə “regional təhlükəsizlik” dedikdə, hasil etdiyi nefti və qazı mövcud infrastrukturun imkan verdiyi maksimum səviyyədə dünya bazarına çatdırmaq imkanını nəzərdə tutur. Hazırda Azərbaycan hasilat həcmlərini planlı şəkildə idarə edir, neft və qaz ixracı isə beynəlxalq marşrutlar üzərindən sabit şəkildə həyata keçirilir".

Sonda İ.Şaban əlavə edib ki, Azərbaycan üçün enerji təhlükəsizliyi sabit ixrac, etibarlı tranzit və Xəzər hövzəsində geosiyasi sabitliyin qorunması deməkdir: 

"Mövcud şərait ölkəyə hasil etdiyi resursları qlobal bazara heç bir maneə olmadan çıxarmağa imkan verir və bu, regional təhlükəsizliyin əsas göstəricisi kimi qiymətləndirilir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri