Icma.az
close
up
RU
Enerji problemi Avropanı narahat edir

Enerji problemi Avropanı narahat edir

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiya ilə əlaqədə şübhəli bilinən hadisələrin artması qış mövsümü ərəfəsində Avropa hökumətlərinin enerji infrastrukturunun zəifliyi ilə bağlı narahatlıqlarını artırıb.
Reyting.az
-ın məlumatına görə, “Reuters” agentliyinin analitiki Ron Busso bildirir ki, hibrid hücumların son dalğası minlərlə kilometrlik sualtı və quruda qaz kəmərləri və elektrik kabelləri, LNG emalı terminalları, elektrik dirəkləri və yarımstansiyaları, dənizdəki neft və qaz yataqları və külək stansiyalarını əhatə edən Avropanın enerji infrastrukturuna birbaşa təsir göstərməyib.
Bununla belə, hibrid müdaxilələr Rusiya və Ukraynanın bir-birinin enerji aktivlərinə birbaşa hücumlarının artması fonunda baş verir. Ukraynanın pilotsuz təyyarələrinin Rusiya neft emalı zavodlarına hücumları yanacaq çatışmazlığına və ixracın azalmasına səbəb olub, Moskva isə son günlər Kiyevin qaz hasilatı obyektlərinə kütləvi zərbələr endirib.
Bu fonda enerji infrastrukturu gələcək hibrid hücumlar üçün təbii hədəf kimi görünür. Avropanın enerji bazarlarında tələb və təklif qışdan əvvəl incə bir tarazlıqdadır və hər hansı pozuntular qiymətlərin qalxmasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Bu, Avropanın öz enerji sistemlərinə gələcək hibrid hücumlara kifayət qədər hazır olub-olmaması sualını doğurur. Cavab isə müsbət deyil.
Avrasiya qrupunun Enerji, Sənaye və Resurslar üzrə İdarəedici direktoru Henninq Qloyşteyn deyib:
“Şübhəsiz ki, müdafiə və təhlükəsizlik tədbirlərinin gücləndirilib, xüsusən də Baltikyanı və Skandinaviyada fiziki qaz və enerji infrastrukturu sektorlarında tədbirlər görülüb. Amma hələ də bəzi çatışmazlıqlar var”.
Rusiya hücumlarının potensial nəticələrindən qorunmaq üçün hökumətlər, təchizatçılar və istehlakçılar enerji mənbələrini mümkün qədər diversifikasiya etməlidirlər. Bu, yerli bərpa olunan enerji stansiyalarından və akkumulyator anbarından istifadə etməklə ehtiyat qaz nəqli sistemlərinin qurulması və qaz ehtiyatlarının artırılması demək ola bilər.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri