Icma.az
close
up
RU
Enerji qənaəti üçün soyuducuya qulluq qaydası

Enerji qənaəti üçün soyuducuya qulluq qaydası

Lent az saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər qeyd edirlər ki, kondensatorun üzərindəki toz təmizləndikdən sonra soyuducunun içində temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü hallar müşahidə olunub.

Lent.az xəbər verir ki, soyuducu evdə ən çox enerji sərf edən məişət cihazlarından biridir, çünki o, fasiləsiz işləyir. Lakin elektrik xərclərinə yalnız cihazın modeli deyil, onun daxili hissələrinin təmizliyi də təsir edir. Xüsusilə, söhbət çirkləndikdə cihazın daha çox enerji sərf etməsinə səbəb olan spiral borulardan (kondensator borularından) gedir.

Zmeevikləri (spiral boruları) niyə təmizləmək lazımdır?

Soyuducunun spiral boruları (kondensator) cihazın arxa hissəsində və ya alt hissəsində yerləşə bilər. Onların əsas funksiyası radiator kimi işləyərək daxildəki istiliyi xarici mühitə ötürməkdir. Comfort Appliance Repair şirkətinin eksperti Dennis Qodinyuk izah edir ki, bu hissənin üzərində yığılan toz və kir “yorğan effekti” yaradır. Nəticədə istilik ötürülməsi zəifləyir və cihaz həddindən artıq qızmağa başlayır.

Mütəxəssis qeyd edir ki, qalın toz və heyvan tükləri ilə örtülmüş spiral borular soyuducunun demək olar ki, normal soyutmamasına səbəb ola bilər. Bu hissə təmizləndikdən sonra cihaz daha sakit işləyir, daxili temperatur normaya düşür və enerji sərfiyyatı azalır, çünki artıq cihaz gücünü həddindən artıq istifadə etmir.

Nə vaxt təmizləmək lazım olduğunu necə anlamaq olar?

Aşağıdakı əlamətlər spiral boruların təmizlənməsinin vaxtı çatdığını göstərir:
Soyuducu işləyərkən daha çox səs çıxarmağa başlayıb. Məhsullar əvvəlki kimi yaxşı soyumur. Elektrik xərcləri səbəbsiz şəkildə artıb. Vizual baxış zamanı hissələrdə qalın toz təbəqəsi görünür.

Təmizləmə qaydaları

Cihazın normal işləməsi üçün bu proseduru ildə bir və ya iki dəfə etmək tövsiyə olunur. Təmizləmə prosesi olduqca sadədir: əvvəlcə soyuducu mütləq elektrik şəbəkəsindən ayrılmalıdır. Daha sonra spiral borular adi sabunlu məhlul və ya xüsusi təmizləyici vasitə ilə isladılmış süngər vasitəsilə silinməlidir.

Sonda isə həmin hissə təmiz ilıq su ilə yuyulmalı və qurulanmalıdır. Bu sadə addımlar soyuducunun optimal işləməsini təmin edir və əlavə elektrik xərclərinin qarşısını alır.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri