Enerji sistemində tələblər dəyişdi
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı enerji effektivliyi informasiya sisteminə (EEİS) də təqdim edəcək. Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Energetika Nazirliyi ilə yanaşı EEİS-ə də təqdim olunacaq.
Eyni zamanda, bundan sonra effektivlik potensialının qiymətləndirilməsi EEİS vasitəsilə həyata keçiriləcək. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron qaydada EEİS vasitəsilə nazirliyə təqdim edəcək. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















