Icma.az
close
up
RU
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son 30 ildə “Xəzər Neft və Qaz” sərgisi 80 ölkədən 9 mindən çox şirkəti cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Ekspozisiyanın 70 faizini xarici şirkətlər təmsil edir ki, onların da yarıdan çoxu Bakı sərgisində müntəzəm iştirak edən dünyanın ən böyük enerji şirkətləridir. Ümumilikdə bu il sərgidə 39 ölkədən 267 şirkət iştirak edir. Onların arasında Böyük Britaniya, Macarıstan, Gürcüstan, Avstriya, İsrail, İtaliya, Qazaxıstan, Çin, BƏƏ, Rusiya, Sinqapur, ABŞ, Türkiyə, Almaniya, Ukrayna və s.

Hər şey 1994-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda ilk “Xəzər Neft və Qaz” sərgi və konfransının keçirildiyi vaxtdan başlayıb. Tədbir regionun enerji xəritəsini müəyyən edən və Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün zəmin yaradan tarixi sənəd olan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində baş tutdu. O zaman ilk sərgiyə 12 ölkədən 150 şirkət qatılmışdı ki, bu da müharibədən yeni çıxmış, torpaqları işğal olunmuş, iqtisadiyyatı bərbad, min faiz inflyasiya, çətin xarici siyasət mühiti olan bir ölkə üçün kiçik rəqəm deyil. Bu onu göstərirdi ki, tərəfdaşlar Azərbaycanla əməkdaşlıq perspektivləri görürlər. İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkəmizin enerji siyasəti milli maraqlara əsaslanan uzaqgörən strateji xətt üzərində qurulmuşdur və bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan 30-cu dəfədir ki, dünyanın hər yerindən neft sənayesinin liderlərini bir araya gətirir. Planeti bürümüş dekarbonizasiya uğrunda mübarizəyə baxmayaraq, sərgi bir daha sübut etdi ki, qalıq yanacaqlar aktual olaraq qalır və enerji təhlükəsizliyi mövzusu ilə ayrılmaz şəkildə bağlıdır. Dünya hələ neft və qazdan imtina etməyə hazır deyil və prosesi sürətləndirmək cəhdləri heç kimə lazım olmayan enerji böhranına səbəb ola bilər. Və bunu yaşıl keçid ideoloqlarının özləridə etiraf edirlər. Tədbirin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, 31 il bundan öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bundan sonra Azərbaycan tərəqqi və sabitlik yoluna qədəm qoydu, dünya birliyinə bərabərhüquqlu üzv kimi inteqrasiyasına başladı. Əlbəttə ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Məhz vaxtında atılmış həmin müdrik addımın nəticəsidir ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik olan, insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatıran bir ölkəyə çevrilmişdir. Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini getdikcə artırır. Çünki, enerji, neft və qaz bundan sonra da hələ uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Öz çıxışında Dövlət Başçısı onu da xüsusi vurğuladı ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Yubiley tədbirinin açılış mərasimində “Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Enerji təhlükəsizliyini gücləndirməyə, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlməyə dəstək olmaq  üçün hər birimiz vahid komanda kimi çalışırıq. Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi qəbul edilir. Təkcə son illərdə Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan yalnız neft, qaz deyil, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur. COP29 iqlim konfransı bu imkanları təqdim etdi. Göründüyü kimi bu gün enerji siyasəti artıq sadəcə resurs deyil, həm də strateji və mənəvi məsuliyyətdir. Bu gün beynəlxalq aləmdə sözü imzası qədər dəyərli olan, etibarlı bir tərfdaş kimi qəbul edilən Azərbaycan isə bu məsuliyyəti üzərinə götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən bir dövlətdir. Bəli, bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və beynəlxalq etimada aparan yoldur. Bu yolun önündə müstəqil, suveren, güclü, qüdrətli Azərbaycan var. Əminliklə söyləmək olar ki, bütün bunların fonunda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan etibarlı bir tərəfdaş kimi bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır. Ölkəmizin enerji siyasəti bu gün bütöv bir regionun iqtisadi inkişafını, təhlükəsizliyini və sabitliyini təmin edən strateji amilə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  bu gün yalnız hasilatçı və tranzit ölkə deyil, eyni zamanda etibarlı tərəfdaş, beynəlxalq təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edir. Bu da sübut edir ki, Azərbaycan enerji siyasəti milli maraqlar əsasında formalaşan, dayanıqlı və inklüziv inkişafı təmin edən uğurlu modeldir. Möhtərəm Prezident İlham Əliyevin bu çıxışı həm retrospektiv baxışla tarixi uğurları xatırlatdı, həm də aydın gələcək vizyonu ilə Azərbaycanın enerji strategiyasının davamlılığını təmin etdi. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin davamı olaraq bu siyasət, Azərbaycanın həm enerji, həm də geosiyasi məkanda sabit və güclü aktor kimi mövqeyini möhkəmləndirir.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri