Icma.az
close
up
RU
“Enerji xidmətlərinin əlçatanlığı yüksəldilib”

“Enerji xidmətlərinin əlçatanlığı yüksəldilib”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində həyata keçirilən islahatlar sektorun həm səmərəliliyini, həm də şəffaflığını artırmağa yönəlib. Bu tədbirlər texniki, inzibati və maliyyə sahələrində bir sıra yenilikləri əhatə edir, nəticədə enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəldilib.

Elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi islahatların ən mühüm hissəsidir. Xüsusilə sahibkarlar üçün yaradılan “Azərişıq” ASC-nin elektron informasiya platformaları, müraciətlərin daha çevik şəkildə idarə edilməsini təmin edir.

Məsələn, yeni tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün tələb olunan yolların təsdiqlənməsi müddəti üç günlə məhdudlaşdırılıb, bu da bürokratik ləngimələri minimuma endirir.

Prosedurların rəqəmsallaşdırılması, həmçinin sənədləşmə prosesinin optimallaşdırılmasına və xidmətlərin şəffaflığının artırılmasına gətirib çıxarıb. Bu yanaşma yalnız sahibkarlar üçün deyil, həm də vətəndaşlar üçün elektrik təchizatı xidmətlərinə çıxışı asanlaşdırır.

İslahatlar çərçivəsində elektrik təchizatı şəbəkəsində xidmət keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilib. Bu məqsədlə texniki standartların tətbiqi və audit prosedurlarının gücləndirilməsi həyata keçirilib. 

Elektrik təchizatı ilə bağlı yaranan hər hansı problemlərin daha tez həll olunması üçün şikayətlərin baxılma müddəti konkret qaydalarla müəyyən edilib. 

İstehlakçılara dəyən zərər hallarında enerji təchizatçılarının maddi məsuliyyət daşıması isə istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun çərçivəsində həyata keçirilən tədbirlər səmərəlilik göstəricilərini artırıb. Ağıllı sayğacların tətbiqi, enerji itkilərinin azaldılmasına və istehlakın daha dəqiq ölçülməsinə imkan verir. 

Eyni zamanda, məcburi enerji auditlərinin tətbiqi müəssisələrin enerji qənaəti üzrə məsuliyyətlərini artırır. Bu yanaşma həm istehlakçı xərclərini azaldır, həm də ətraf mühitin qorunmasına töhfə verir.

Elektrik enerjisi istehsalı və istifadəsi sahəsində ekoloji standartların tətbiqi, həmçinin islahatların mühüm istiqamətlərindəndir.

Karbon emissiyalarının azaldılması üçün bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi təşviq olunur.  Bu, Azərbaycanın qlobal ekoloji tələblərə uyğunlaşmasını və dayanıqlı enerji sisteminin qurulmasını təmin edir.

Həyata keçirilən islahatlar enerji sektorunda beynəlxalq investorlar üçün daha cəlbedici bir mühit yaradıb. Proseslərin sadələşdirilməsi və xidmətlərin şəffaflığı xarici sərmayədarların Azərbaycana olan marağını artırır. Bu, həm yeni texnologiyaların tətbiqini, həm də enerji sektorunda innovasiyaların inkişafını sürətləndirir.

Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində aparılan islahatlar, enerji sektorunda səmərəlilik və rəqabətqabiliyyətlilik üçün dayanıqlı əsaslar yaradıb. 

Prosedurların sadələşdirilməsi, rəqəmsallaşma, enerji səmərəliliyi və ekoloji standartların tətbiqi kimi tədbirlər nəticəsində sektorun ümumi əhəmiyyəti yüksəlib.

Bu islahatlar yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın enerji sektorunun mövqelərini gücləndirib.

İqtisadçı-ekspert Emin Qəribli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri