Enfilddə uduzan “Qarabağ” idi, yoxsa Azərbaycan futbolu? Diniyevdən AÇIQLAMA
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yanvarın 28-dən 29-a keçən gecə “Enfild”də tabloya yazılan 0:6 (“Qarabağ”-“Liverpul” oyununun nəticəsi) sadəcə bir hesab deyil. Bu nəticə Azərbaycan futbolunun Avropa güzgüsündə necə göründüyünü bütün çılpaqlığı ilə ortaya qoyan sərt diaqnozdur. “Qarabağ”ın “Liverpul” kimi futbol nəhənginə uduzması gözlənilən idi, amma bu qədər fərqli səviyyə ilə üz-üzə qalmaq artıq təkcə bir oyunun yox, illərlə formalaşan futbol sisteminin müzakirəsini zəruri edir. Sual açıqdır: Enfilddə uduzan “Qarabağ” idi, yoxsa Azərbaycan futbolu?
İllərdir “Qarabağ” daxili çempionatda rəqibsizdir, ardıcıl titullar qazanır, Avropada isə “təcrübə toplayır”. Lakin Enfild gecəsi göstərdi ki, daxili hegemonluq Avropa səviyyəsində heç nə demək deyil. “Qarabağ” nəinki “Liverpul”la ayaqlaşa bilmədi, hətta oyunun taleyinə təsir edəcək minimal müqavimət belə göstərə bilmədi. Pressinqə tab gətirməyən orta xətt, bir-birinin ardınca yol verilən fərdi səhvlər, sürət və güc baxımından uçurum… Bütün bunlar təkcə futbolçuların günahı kimi təqdim oluna bilməz.
Burada məsələ bir məşqçinin taktiki səhvi və ya bir futbolçunun zəif oyunu deyil. Problem daha dərindir. Azərbaycan futbolu illərdir öz-özünü aldatma mərhələsindədir. Daxili çempionat zəifdir, rəqabət formal xarakter daşıyır, gənc futbolçular real Avropa tempini görmədən “ulduz” elan olunur. “Qarabağ” isə bu sistemin ən parlaq məhsulu olsa da, Avropada hər dəfə eyni divara dəyir. Çünki daxildə güclü görünən komanda, əslində, gücsüz mühitin nəticəsidir.
Enfilddə 0:6 uduzan “Qarabağ” yox, illərdir islahatdan danışıb real addım atmayan futbol idarəçiliyidir. İnfrastrukturdan çox hesabatlara, nəticədən çox görüntüyə, inkişafdan çox status-kvoya üstünlük verən sistemdir. Avropa futbolu sürətlə irəliləyir, biz isə hələ də “təcrübə qazandıq” təsəllisi ilə yaşayırıq. Amma Enfild kimi stadionlarda təcrübə yox, səviyyə ölçülür. Və bu ölçüdə fərq artıq gizlədiləcək qədər kiçik deyil. Bu məğlubiyyət “Qarabağ”ı gözdən salmır, əksinə, onu Azərbaycan futbolunun güzgüsünə çevirir. Sual isə hələ də açıq qalır: biz hər il eyni nəticəni görüb yenə də futboldan danışacağıq, yoxsa nəhayət, sistemdən danışmağa başlayacağıq? Enfild gecəsi göstərdi ki, problem meydanda yox, meydanı formalaşdıran mexanizmdədir.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Musavat.com-a acı məğlubiyyətin əsl səbəbini çox qısa izah etdi: “Hər şey bəllidir. Bu məğlubiyyətin səbəbi də böyük ölçüdə hər kəsə məlumdur. Futbolda bu günkü reallıq budur. Biz özümüzü olduğumuz yerdə hiss etmirdik. Belə oyunlarda biz artıq bilirik ki, hardayıq. Ona görə də, idarəetmə, sistem çox önəmlidir. Sistemin içərisindəki idarəetmə çox vacibdir. Məğlubiyyətin səbəbi qısa və konkret belədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 29 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















