Enrike onları əvəzedici komandaya göndərdi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ-nin baş məşqçisi Luis Enrike icarədən gələn oyunçuları Marko Asensio, Karlos Soler və Milan Şkrinyarı əvəzedici komandaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
İspaniyalı mütəxəssis Asensio, Soler və Şkrinyarın əvəzedici komanda ilə məşq etməklərini istəyib. Enrike klubun 29 yaşlı hücumçu, 28 yaşlı yarımmüdafiəçi və 30 yaşlı müdafiəçini satmağını istəyir. Əvəzedici komandanın iş yükünün az olduğu, bu səbəbdən də futbolçuların zədə almaq və başqa kluba keçidi pozmaq riskinin azaldığı qeyd edilir.
Solerin İspaniyanın "Vilyarreal" klubuna keçməyə yaxın olduğu, Asensio və Şkrinyarın isə Türkiyənin "Fənərbaxça" klubu ilə fəal əlaqədə olduğu bildirilir.
Xatırladaq ki, Soler ötən mövsümü icarə əsasında “Vest Hem”də keçirib. Asensio son 6 ayı icarə əsasında “Aston Villa”nın formasını geyinib. 30 yaşlı Şkrinyar isə “Fənərbaxça”da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 İyul 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















