Enrike Rikelme: Haalandı və Rodrini Real a gətirəcəm
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Real"da prezidentliyə namizəd Enrike Rikelme seçkiöncəsi səs-küylü açıqlamalar verib. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, tanınmış iş adamı İspaniyanın məşhur "El Hormiguero" proqramında çıxış edərək, prezident seçiləcəyi təqdirdə Erlinq Haaland və Rodri transferlərini reallaşdıracağını bəyan edib.
Rikelme studiyaya Haalandın imzası olduğu iddia edilən forma və notarial qaydada təsdiqlənmiş sənədlə gəlib. O, vədlərini yerinə yetirə bilməyəcəyi halda klub üzvlərinə maliyyə zəmanəti verdiyini də bildirib:
"Rodri və Haalandla bağlı dediklərimi həyata keçirə bilməsəm, növbəti mövsüm bütün klub üzvlərinin üzvlük haqlarını öz cibimdən ödəyəcəyəm".
Rikelme Rodrinin transferinə də toxunaraq, ispaniyalı yarımmüdafiəçinin "Real"ın gücləndirməli olduğu mövqedə çıxış etdiyini bildirib:
"Meneceri ilə danışmışıq. Klubuna hörmətlə yanaşırıq. Amma prezident seçilsəm, Rodri "Real"da oynayacaq. Bunun üçün əlimdən gələni edəcəm".
Namizəd həmçinin komandanın baş məşqçisi postu ilə bağlı planlarından söz açıb. O, Joze Morinyo barədə müsbət fikirlər səsləndirsə də, portuqaliyalı mütəxəssisin onun layihəsinə uyğun olmadığını qeyd edib.
Qeyd edək ki, hazırda Haalandın "Mançester Siti" ilə uzunmüddətli müqaviləsi mövcuddur və transferlə bağlı hər hansı rəsmi razılaşma yoxdur. Buna görə də Rikelmenin bu bəyanatları hələlik sırf seçki kampaniyasının bir hissəsi və azarkeşlərin səsini qazanmaq gedişi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















