Entoni Blinken: ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken deyib.
Onun sözlərinə görə, artıq sanksiyaların tətbiqinə hazırlıq gedir:
"Birləşmiş Ştatlar indi əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlimizdə olan vasitələrdən istifadə etməyə hazırlaşır".
Qeyd edək ki, Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanması məsələsini gündəmə gətirməmək və 2028-ci ilin sonuna qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərar qəbul edib. Bu qərardan sonra Gürcüstanda etirazlar baş verib. 28 noyabrdan etibarən etiraz aksiyaları Tbilisidə və regionlarda keçirilir.
Aksiyalar əvvəlcə dinc şəraitdə keçirilsə də, sonradan nümayişçilər zorakılıqlara əl atıblar. Aksiyaçılar polisə fişəng, “Molotov kokteylləri’ və daş atırlar. Eyni zamanda Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Dekabr 2024 06:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















