Ənzəli limanında güclü yanğın
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Gilan əyalətinin Ənzəli limanının Venus Ticarət Kompleksinin anbarında güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, iyulun 22-dən başlayan yanğının söndürülməsinə Qızıl Aypara Cəmiyyətinin helikopteri cəlb olunub.
Ənzəlinin yerli hakimiyyəti yanğının külli miqdarda ziyan vurduğunu bildirib.
Ənzəli Azad Zona Təşkilatının sözçüsü Mehdi Kazimian bildirib ki, yanğının şiddəti və tüstünün yayılması səbəbindən azad zonanın turizm və ticarət sektorlarına gedən bütün marşrutlar bağlanıb və yanğının fəsadlarının tamamilə aradan qaldırılmasına qədər ərazi bağlı olacaq.

Ənzəli Bakı sərnişin gəmisi işə düşə bilər
12 İyul 2025 11:08
İran limanında güclü yanğın! On qayıq...
12 İyun 2025 15:10
Azərbaycan və İran Xəzərdə birgə təlimi keçirir Şəxsi heyət Ənzəli limanına gəlib
04 Noyabr 2024 18:58
Şəhid Rəcai limanında yanğın başlayıb
05 May 2025 15:32
İstanbulda güclü yanğın
11 Aprel 2025 13:56

