Icma.az
close
up
RU
“Epizodları qola çevirsək, daha yaxşı durumda olarıq” Fernandu Santuş

“Epizodları qola çevirsək, daha yaxşı durumda olarıq” Fernandu Santuş

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Heyətdə dəyişikliklər olacaq”

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:

“Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa sahib olan tərəf biz olaq. Qələbəyə inanmalıyıq. Qol imkanlarından yararlanmalıyıq”.

O, futbolçuların daha inamlı oynanamlı olduqlarını vurğulayıb:

“Futbolçular sabah daha inamlı oynamalıdır. Yeniliklər gətirməliyik. Ötən oyundan sonra demişdim ki komplektləşdirmə çatmadı. Qapımızda qol görəndən sonra həvəsdən düşdülər. Bu mental olan bir şeydir”

Baş məşqçi sabah qapıda dəyişikliyi olub-olmayacağı ilə bağlı sualı cavablandırıb:

“Deyə bilmərəm Şahruddin sabah qapıda dayanacaq ya yox. Bu barədə məşqdən sonra qərar verəcəyik”.

F.Santuş futbolçuların dəstək görməsinin vacibliyini qeyd edib:

“Cəmi 6 oyundur millinin baş məşqçisiyəm. Komada ilə hər dəfə danışıram. Futbolçulardan da çox şeylər asılıdır. Bu problemləri hamımız birlikdə çözməliyik. Nə qədər eyni istiqamətdə addımlayacağıqsa, uğur qazanacağıq. Oyunçular mediadan, azarkeşlərdən dəstək görməlidir. Bu olmayanda futbolçu çəkinir”.

Məşqçi hücumda problemlər olduğunu söyləyib:

“Azərbaycan millisi müdafiə baxımından çox zəifdir. Komanda kolllektiv şəkildə çox asan qollar buraxır. Yüksək səviyyədə çıxış etmək istəyiriksə buna yol verilməməlidir. Hazırda aqressivlik çatmır. Bura gəldiyim gündən eyni sözləri təkrarlayıram. Müdafiə təkcə komanda şəklində qapı qarşısına toplaşamaq anlamına gəlmir. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. İnanın ki bu epizodları qola çevirsək, daha yaxşı durumda olarıq. Problemlərdən biri odur ki hücumları sonladıra bilməməyimizdir. Məşqlərimizin birini də məhz buna həsr etmişik”.

Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək. (report.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri