Icma.az
close
up
RU
Epoint, VISA Payment Facilitator statusunu əldə etdi! FOTO

Epoint, VISA Payment Facilitator statusunu əldə etdi! FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Epoint Inc. beynəlxalq ödəniş ekosistemində mühüm bir mərhələyə qədəm qoyaraq VISA tərəfindən Payment Facilitator (PF) statusu ilə sertifikatlaşdırılıb. Bu status şirkətə platforması üzərindən ticarət tərəfdaşlarını (sub-merchant) birbaşa qoşmaq və onların ödənişlərini qəbul etmək imkanı verir.

Payment Facilitator kimi fəaliyyət göstərmək, Epoint-in sahibkarlar üçün ödəniş proseslərini daha da sürətli, şəffaf və müasir formada təqdim etməsinə imkan yaradacaq.

Visa Payment Facilitator (PF) sertifikasiyası, ödəniş ekosistemində fəaliyyət göstərən platformalara rəqəmsal ödənişlərin qəbulunu daha çevik və təhlükəsiz şəkildə təmin etmək imkanı verən təşəbbüsdür. Bu proqram vasitəsilə Visa, yeni nəsil ödəniş həllərinin formalaşmasında iştirak edən platformalar üçün texniki dəstək, ekosistemə nəzarət və maliyyə inklüzivliyi sahəsində böyümə perspektivləri yaradır.

PF sertifikasiyası sayəsində payfac-lar Visa ilə birbaşa əməkdaşlıq imkanına sahib olur, daha geniş miqyasda risklərin idarə olunması və müştəri qorunması üçün resurslara çıxış əldə edirlər. Bu, xüsusilə inkişaf etməkdə olan regionlarda rəqəmsal iqtisadiyyatın güclənməsi üçün strateji bir vasitə kimi qiymətləndirilir.

Yeni imkanlar və üstünlüklər:

Fərdiləşdirilmiş xidmətlər və komissiyalar – Platforma sahibkarlar üçün fərdi ödəniş şərtləri və əlavə xidmətlər (məsələn, fırıldaqçılıq monitorinqi) təklif edə bilər.

Rəqəmsal uyğunluq və təhlükəsizlik – PCI DSS və KYC/AML standartlarına uyğun fəaliyyət tam şəkildə platforma daxilində həyata keçirilir.

Beynəlxalq miqyaslı inkişaf üçün zəmin – PF statusu ilə Epoint, platformanı daha geniş coğrafiyada fəaliyyətə uyğunlaşdırmaq imkanı əldə edir.

"VISA tərəfindən verilmiş PF statusu, bizim texnoloji və əməliyyat imkanlarımızın bir daha təsdiqidir. Məqsədimiz – KOB sektorunu rəqəmsal ödənişlərdə yeni mərhələyə daşımaq və bu sahədə etibarlı tərəfdaş olmaqdır." — deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.

? Ətraflı məlumat və əməkdaşlıq üçün:

? epoint.az

? +99470 242 99 66

✉️ [email protected]

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 May 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri