Icma.az
close
up
RU
Epşteyn intihar edib, ya öldürülüb? Ölüm gecəsinin videolarında boşluq aşkarlandı

Epşteyn intihar edib, ya öldürülüb? Ölüm gecəsinin videolarında boşluq aşkarlandı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin əlində maliyyəçi Cefri Epşteynin öldüyü gecə həbsxananın müşahidə kameraları tərəfindən qeydə alınan tam videogörüntülər var.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Mail" nəşri istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən yazıb.

Nəşrin bildirdiyinə görə, iyulun 7-də ABŞ Ədliyyə Nazirliyi maliyyəçinin öldüyü gecədən 11 saatlıq videoqeyd yayımlayıb ki, görüntülərdə onun kamerasının kənarındakı dəhliz əks olunub. Bu, Epşteynin həyatına sui-qəsd cəhdinin olmadığını sübut etməli idi. Lakin yayılan videogörüntülərdə birdəqiqəlik boşluq aşkar edilib ki, bu da məlumatların gizlədilməsi ilə bağlı çox sayda mübahisələrin və fərziyyələrin yaranmasına səbəb olub. İyulun 8-də ABŞ-nin baş prokuroru Pem Bondi videolentdəki çatışmayan fraqmentlə bağlı dindirilib. Onun sözlərinə görə, ABŞ Federal Həbsxanalar Bürosu ona bildirib ki, təqdim edilən videoqeydlərdə bir dəqiqənin yoxa çıxması videokamera plyonkasının dəyişdirilməsi ilə əlaqədar olub.

"Daily Mail"in qeyd etdiyi kimi, əgər FTB-də tam görüntülər var idisə, niyə dərhal dərc edilmədiyi də məlum deyil.

Xatırladaq ki, maliyyəçi Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bəyan edib ki, onun 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olmaqla, onlarla azyaşlı qızın Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair sübutlar var. Epşteynin dostları və tanışları çevrəsində təkcə ABŞ-nin deyil, həmçinin bir çox başqa ölkələrin indiki və təqaüdə çıxmış çox sayda vəzifəli şəxsi (o cümlədən keçmiş dövlət başçıları), iri sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və komandasının üzvləri keçən il seçki kampaniyası çərçivəsində dəfələrlə Epşteynin işi üzrə istintaq sənədlərini məxfilikdən çıxaracaqlarına və bu məsələdə maksimum dərəcədə şəffaflığı təmin edəcəklərinə söz vermişdilər. Tramp, Bondi və ABŞ Administrasiyasının digər rəsmilərinin açıqlamaları ölkənin hazırkı prezidentinin tərəfdarlarının əhəmiyyətli bir hissəsi arasında qəzəb fırtınası doğurub. Bu seçicilər Epşteynin işi ilə bağlı məlumatların tam şəkildə dərc olunmasını tələb edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri