Epşteyn işi nin səs sədası Azərbaycana çatdı Rəsmi rəqəmlər üzə çıxdı/VİDEO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Epşteyn işi”ndən sonra Türkiyədə jurnalist Fatih Altaylının itkin düşən uşaqlarla bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib. Belə ki, o, çıxışı zamanı ildə 10 mindən çox, son 8 ildə isə təxminən 100 min azyaşlının yoxa çıxdığını iddia edib. Türkiyə Statistika İnstitutu (TÜİK) yayılan informasiyanı təkzib etsə də, sözügedən məsələnin amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqəsinin olub-olmadığı sual altındadır.
Bəs Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı rəsmi statistika necədir? Mövcud nəzarət-hesabat mexanizmləri bu cür risklərin qarşısını almaq üçün yetərlidirmi? Bununla hansı yollarla mübarizə aparmaq olar?
Globalinfo.az bununla bağlı Dövlət Statistika Komitəsinə (DSK) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, ötən il üzrə göstəricilər hələ açıqlanmayıb:
“2024-cü ildə Azərbaycanda ümumilikdə 874 nəfər itkin düşüb. Onlardan 151-i 18 yaşadək olan uşaqlardır. Bu göstərici 2005-ci ildə 269, 2010-cu ildə 130, 2015-ci ildə 100, 2020-ci ildə 103, 2023-cü ildə isə 127 uşaqdan ibarət olub”.
Deputat Fazil Mustafa deyib ki, bütün hallarda Azərbaycan hüquq-mühafizə orqanları insan alverinə qarşı ardıcıl və sistemli mübarizə aparır:
“Daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev bu mövzu ilə bağlı dəfələrlə ictimaiyyətə açıqlamalar verib, həmçinin xəbərdarlıq xarakterli addımlar atılıb. Ümumilikdə, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyəti aktiv və səmərəlidir. Azərbaycanda bu cür halların baş verməsi tam istisna oluna bilməz. Lakin hər hansı bir fakt və ya siqnal daxil olduqda, məsələyə dərhal münasibət bildirilir və araşdırma aparılır”.
Deputat qeyd edib ki, hazırda konkret olaraq “Epşteyn işi” ilə bağlı Azərbaycana yönəlik hər hansı rəsmi açıqlama və ya sənəd mövcuddursa, yalnız həmin materiallar əsasında mövqenin ifadə olunması mümkündür:
“Ümumilikdə isə ölkəmizdə insan alveri, xüsusilə uşaq əməyi və uşaq istismarı ilə bağlı məsələlərə yüksək həssaslıqla yanaşılır. Bu istiqamətdə ciddi işlər görülür. Konkret fakt və ya sənəd olduğu təqdirdə müvafiq qurumlara müraciət edilə bilər. Belə müraciətlərə operativ şəkildə aydınlıq gətirilir”.
Son açıklanan #Epstine dosyalarının ardından Fatih Altaylı’nın 1 yıl önceki konuşması yeniden gündem oldu:
‘Türkiye’de o kadar fazla çocuk kayboluyorki inanamazsın. Açık kaynaklardan edindiğimiz bilgilere göre, Türkiye’de son 8 yılda kaybolan çocuk sayısı yaklaşık 100 bin!… pic.twitter.com/AHBuV46nVu
— Siyaset Cafe (@SiyasetCafe_com) February 3, 2026
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















