Epşteyn işi üzrə açıq fotoları ABŞ ədliyyəsi səhvən yayıb
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materialları dərc edərkən səhvən onlarla redaktə olunmamış açıq fotoşəkli yayımlayıb.
Modern.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin yazdığına görə, jurnalistlər dərc olunan faylları nəzərdən keçirərkən mərhum milyarderin şəxsi kolleksiyasına aid olduğu ehtimal edilən təxminən 40 fotoşəkil aşkar ediblər.
Qəzetin iddiasına əsasən, görüntülərdəki şəxslər kifayət qədər gənc təsir bağışlayır, lakin çəkiliş zamanı onların azyaşlı olub-olmaması tam aydın deyil.
Məlumata görə, fotoşəkillərin bir hissəsi Epşteynə məxsus şəxsi adada, o cümlədən çimərlikdə, digərləri isə yataq otaqlarında və müxtəlif qapalı məkanlarda çəkilib.
Redaksiya bu barədə Ədliyyə Nazirliyini məlumatlandırdıqdan sonra qurum əməkdaşları mübahisəli materialları operativ şəkildə silib və ya redaktə edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi pedofiliya ittihamı ilə bağlı Epşteyn işi üzrə sənədlərin ictimaiyyətə açıqlanacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 Fevral 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















