“Epşteyn işi”nə görə AŞ nin keçmiş baş katibinin immuniteti ləğv edilir
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Norveçin Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin keçmiş baş naziri, Avropa Şurasının (AŞ) sabiq baş katibi Torbyorn Yaqlandın adının Epşteyn qalmaqalında hallanması ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarın icrası üçün T.Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsi məqsədilə Norveçin Xarici İşlər Nazirliyi tərəfindən AŞ-nin Nazirlar Komitəsinə müraciət ediləcək.
Bununla əlaqədar, Norveçin AŞ yanında daimi nümayəndəsi Vebyorn Heynesin həmkarlarına işçi qaydada verdiyi məlumata əsasən, sabiq AŞ Baş katibinin immunitetinin ləğv edilməsi ilə bağlı müvafiq qərar layihəsinin AŞ Nazirlər Kabinetinin fevralın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilməsi planlaşdırılır.
Xatırladaq ki, “Epşteyn işi” çərçivəsində açıqlanmış sənədlər arasında Norveçin İqtisadi va Ətraf Mühit Cinayətlərinin Təhqiqi və Araşdırılması üzrə Milli Orqanı tərəfindan Yaqlanda qarşı cinayət mühakimə icraatının başlanılması ilə bağlı qərar yer alıb.
Qeyd edək ki, T.Yaqland AŞ Baş katibi olduğu dövrdə qatı anti-Azərbaycan mövqeyi ilə seçilib və ölkəmizə qarşı qərəzli addımların əsas təşəbbüskarlarından biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Fevral 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















