Icma.az
close
up
RU
Epşteyn sağdır? Şübhəni artıran yeni faktlar açıqlandı

Epşteyn sağdır? Şübhəni artıran yeni faktlar açıqlandı

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Ceffri Epşteyn işi üzrə sənədlərdə onun ölümü ilə bağlı prokurorun bəyanatının qaralama variantı aşkar edilib. Həmin sənəd maliyyəçinin 2019-cu il avqustun 10-da həbsxana kamerasında ölü tapılmasından bir gün əvvəl hazırlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

ABŞ-nin Manhetten dairəsi (Nyu-York) üzrə prokuroru Ceffri Bermanın 9 avqust 2019-cu il tarixli bəyanatında qeyd olunur ki, səhər saatlarında Manhetten İslah Mərkəzi Ceffri Epşteynin kamerasında huşsuz vəziyyətdə tapıldığı və qısa müddət sonra onun öldüyünün elan edildiyini təsdiqləyib. Bermanın sözlərinə görə, bu cür hadisələr narahatlıq doğurur, Epşteynin çoxsaylı qurbanlarının məhkəmə qarşısına çıxa bilməsi yolunda daha bir maneəyə çevrilə bilər.

Məlumata görə, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və Ədliyyə Nazirliyinin sərəncamında Epşteynin öldüyü gecə həbsxananın müşahidə kamerası ilə çəkilmiş tam videoqeyd var. “The Daily Mail” yazıb ki, ABŞ Ədliyyə Nazirliyi iyulun 7-də Epşteynin ölüm gecəsi maliyyəçinin kamerasının yaxınlığındakı dəhlizi əks etdirən 11 saatlıq videoyazını dərc edib. Bu material Epşteynə qarşı sui-qəsdin olmadığını sübut etməli idi. Amma açıqlanan videomaterialda bir dəqiqəlik boşluğun olması geniş mübahisə və məlumatın gizlədilməsi ilə bağlı ehtimallara səbəb olub.

Keçən il iyulun 8-də ABŞ-nin baş prokuroru Pem Bondi videodakı çatışmayan fraqmentlə bağlı dindirilib. O deyib ki, ABŞ Federal Həbsxanalar Bürosu təqdim olunan qeyddə bir dəqiqənin videokameranın lentinin dəyişdirilməsi prosesi səbəbindən çatışmadığını ona izah edib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2026-cı il yanvarın 30-da pedofiliya da daxil olmaqla, çoxsaylı cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynə dair dosyedən 3 milyondan çox səhifəlik sənəd, 2 mindən artıq video və 180 min fotoşəklin dərcini başa çatdırıb. Sənədlərdə müxtəlif ölkələrdən hakim ailələrin üzvləri, tanınmış dövlət xadimləri, biznesmenlər, diplomatlar və alimlərin adları yer alır.

Epşteynin tam dosyesinin açıqlanması 2025-ci ilin noyabrında Konqres tərəfindən qəbul edilən və hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan qanunla tələb olunmuşdu. ABŞ-də Epşteynə qarşı cinayət işi onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılmışdı./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri