Epşteyn şəbəkəsi üçün qızların cəlb edildiyi əsas yerlərdən biri müəyyənləşdi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın məşhur Sen-Trope kurortu qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin şəbəkəsinə qızların cəlb edildiyi əsas məkanlardan biri olub.
Nəşrin jurnalistləri tərəfindən aparılan təhqiqatın nəticələrinə əsasən, Sen-Trope Fransada Epşteynin Parisdəki Foş prospektində yerləşən mənzilindən sonra "cinsi istismar üçün" qızların cəlb edildiyi ikinci dayaq nöqtəsi olub. Epşteyn bu kurorta demək olar ki, hər il baş çəkib.
Fransalı müstəntiqlər müəyyən ediblər ki, amerikalının Fransadakı əsas əlaltılarından biri "MC2 Model Management" model agentliyinin direktoru və "Karin Models"in keçmiş meneceri Jan-Lük Brünel olub. O, Epşteynə gənc qızların məlumat bazasına çıxış təmin etmək üçün model agentliklərindən istifadə edib. Brünel həbs edilib və 2022-ci ilin fevralında həbsxanada intihar edib.
Qeyd edək ki, 2019-cu ildə ABŞ-də Epşteynə yetkinlik yaşına çatmayanların cinsi istismar məqsədilə alverində ittiham irəli sürülüb. Həmin ilin iyul ayında o, həbsxanada vəfat edib, istintaq onun intihar etdiyini bildirib. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 10 Avqust 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















