Icma.az
close
up
RU
Epşteyn sənədlərində Rusiya ilə bağlı nələr olub Yeni detallar üzə çıxdı

Epşteyn sənədlərində Rusiya ilə bağlı nələr olub Yeni detallar üzə çıxdı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlər toplusu göstərir ki, Epşteyn Rusiya milyarderləri, onların beynəlxalq forumlardakı iştirakı və sanksiyalarla bağlı media materiallarını toplayıb və öyrənib. Sənədlərdə rusiyalı iri iş adamlarının adları əsasən Davos Dünya İqtisadi Forumu və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçı siyahıları kontekstində çəkilir. Söhbət 26–30 yanvar 2011 və 23–27 yanvar 2013-cü illərdə Davosda keçirilən forumlardan, həmçinin 18–20 iyun 2015-ci il tarixli Sankt-Peterburq forumundan gedir. Bu siyahılarda Vahid Ələkbərov, Aleksey Mordaşov, Leonid Mixelson, Vladimir Lisin, Gennadi Timçenko və Alişer Usmanovun adları yer alır.

Globalinfo.az xəbər verir ki, bu barədə RBC nəşri yazıb.

Epşteynin elektron poçtuna rusiyalı biznesmenlər haqqında media icmalları da göndərilib.  Həmçinin Epşteynə Pavel Durovun 4 dekabr 2011-ci il Dövlət Duması seçkilərindən sonra “VKontakte”də bəzi qrupları bloklamaqdan imtina etməsi ilə bağlı yazılar da atılıb.
“Epşteyn faylları”nda ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı dərc olunmuş məqalələrin müzakirəsi də yer alır. Sənədlərdə ABŞ-ın keçmiş maliyyə naziri və Dünya Bankının sabiq baş iqtisadçısı Lourens Sammersin Epşteynə göndərdiyi məktublar da var. Həmin yazışmalarda Sammers hüquqşünas Nil Volinlə ABŞ-ın “təsadüfi xarici şəxslərin pullarını dondurması” mövzusunu müzakirə edir.

Epşteynin özü də 2018-ci ildə ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennona  mesaj göndərərək Süleyman Kərimovun Fransada hüquq-mühafizə orqanları ilə problemlərindən bəhs edib. Həmin dövrdə Kərimov vergi iddiaları ilə əlaqədar Fransada ev dustaqlığında idi, lakin sonradan ittihamlar götürülüb və o azadlığa buraxılıb. Sənədlərdə iş adamı Roman Abramoviç və onun keçmiş həyat yoldaşı Darya Jukovanın adı da xeyli hallanır. Epşteynin yazışmalarında onların 2016-cı ildə Epşteynə məxsus evə gəlib baxdıqları və sonuncunun bu satışdan imtina etdiyi qeyd olunur.

Xatırladaq ki, Ceffri Epşteyn 2008-ci ildə azyaşlını fahişəliyə cəlb etmə ittihamını etiraf edərək məhkum olunub. 2019-cu ildə isə insan alveri və fahişəliyə cəlbetmə ittihamları ilə yenidən həbs edilib, məhkəmə qərarını gözləyərkən həyatına son qoyub. ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı materialları mərhələli şəkildə ictimaiyyətə açıqlayır. Yanvarın 30-da daha 3 milyon səhifə sənəd, 2 mindən çox video və 180 min şəkil yayımlanıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Fevral 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri