Epşteyn sənədlərindən sonra İngiltərə kralının qardaşı iqamətgahdan köçdü
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Pedofiliya ittihamları səbəbindən "Şahzadə" və "York hersoqu" titullarını itirən İngiltərə kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor da Kral ailəsinin rəsmi iqamətgahı olan Vindzor qəsrindəki evini tərk edib.
Turkustan.az xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada vəfat edən milyarder Ceffri Epşteynlə əlaqəsi səbəbindən bütün titullarını itirən Mountbatten-Vindzor, London yaxınlığındakı Vindzor qəsrindəki Kral Lojasındakı mülkündən köçüb.
Xəbərlərdə bildirilir ki, dünən malikanədə və sarayda at belində gəzərkən görüntülənən Mountbatten-Windsor illərdir şəxsi iqamətgahı kimi istifadə etdiyi malikanəni tərk edərək müvəqqəti olaraq Londondan təxminən 200 kilometr aralıda yerləşən Sandringham Sarayındakı bir evə köçüb.
Xəbərlərdə bildirilirdi ki, Mauntbatten-Vindzor tezliklə bu evdən ayrılacaq və hazırda təmir olunmuş başqa bir evə, Sandrinqem Sarayının ərazisində yerləşən Marş Fermasına köçəcək.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















